PSJ çempion oldu, Parisdə ara qarışdı: saxlanılanlar var
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Minlərlə “Paris Sent-Jermen” (PSJ) azarkeşi futbol klubunun Çempionlar Liqasındakı qələbəsini qeyd etmək üçün Fransanın paytaxtındakı Şanzelize meydanına axışıb.
Axar.az xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.
Bildirilib ki, azarkeşlər məşəl yandırıb və klubun bayraqlarını dalğalandırıblar. Bəzi azarkeşlər isə hüquq-mühafizə orqanlarının əməkdaşlarına butulkalar və daşlar atıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları buna cavab olaraq gözyaşardıcı qazdan istifadə ediblər. Bəzi məlumatlara görə, saxlanılanlar var.
Qeyd edək ki, futbol üzrə UEFA Çempionlar Liqasında 2025/2026-cı illər mövsümünün final oyunu keçirilib. Həlledici görüşdə Fransanın PSJ və İngiltərənin “Arsenal” komandaları üz-üzə gəlib. PSJ Çempionlar Liqasının qalibi olub.
Baxış sayı:116
Bu xəbər 31 May 2026 04:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















