PSJ dünya çempionatının iştirakçısını 50 milyon avroya transfer etdi
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransa millisinin futbolçusu Maqnes Akliuş “Monako”dan PSJ-yə transfer olunub.
İdman.Biz xəbər verir ki, Paris təmsilçisi 24 yaşlı cinah oyunçusu üçün 50 milyon avro ödəyib. Futbolçu ilə 2031-ci ilin iyun ayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Akliuş “Monako”nun yetirməsidir. O, knyazlıq klubunun əsas komandasında keçirdiyi 139 rəsmi matçda 23 qol vurub və 28 məhsuldar ötürmə verib.
Futbolçunun əsas mövqeyi sağ cinah hücumçusu olsa da, o, hücumameyilli yarımmüdafiəçi kimi də çıxış edə bilir.
Transfermarkt portalı Akliuşun bazar dəyərini 50 milyon avro qiymətləndirir ki, bu da onun karyerasındakı ən yüksək göstəricidir.
24 yaşlı futbolçu bu yay Fransa millisinin heyətində dünya çempionatında iştirak edib. O, turnirdə qrup mərhələsinin bir oyununda meydana çıxıb.
Baxış sayı:175
Bu xəbər 01 Avqust 2026 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















