Icma.az
close
up
RU
PSJ ən yaxın izləyicisindən 16 xal öndədi

PSJ ən yaxın izləyicisindən 16 xal öndədi

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fransada turlar arxada qalır, PSJ-nin məğlubiyyətsiz oyunlar seriyası qırılmır ki qırılmır.

Paytaxt klubu bu dəfə səfərdə “Renn”i darmadağın etdi. Əslində uzatma dəqiqələrinə qədər oyunda müəyyən intriqa var idi. Sadəcə, 64-cü dəqiqədə meydana çıxan Dembele ardıcıl iki qol vurmaqla PSJ-nin qələbəsinə şübhə yeri qoymadı.
Xal hesabını 65-ə çatdıran parislilər indi ən yaxın izləyicisindən 16 xal öndədi. “Marsel” və “Nitsa” sinxron şəkildə ev məğlubiyyəti ilə üzləşdi.
Cənublular “Velodrom”da “Lans”a, “Nitsa” isə “Alyans Rivyera”da “Lion”a uduzdu. Turnir cədvəlinin 4-5-ci pillələrində hərəyə 44 xalla “Monako” ilə “Lill” qərarlaşıb. “Knyazlar” “Tuluza” ilə səfər oyununda heç-heçə etdi, “şimallı itlər” aşkar autsayder “Monpelye”yə qalib gəldi.
Turun qalan oyunlarına gəlincə, “Havr”la “Sent-Etyen”in duelində qalib komanda mövqeyini bir qədər yaxşılaşdıra bilərdi. Ancaq məhsuldar heç-heçə ikisini də təhlükəli zonada saxladı. “Brest” evdə “Anje”yə 2:0 hesabıyla qalib gəldi. “Oser” isə səfərdə “Reyms”ə eyni aqibəti yaşatdı. Səfərdə qələbə qazanan komandalardan biri də “Strasbur”du. Liam Rosenyorun çalışdırdığı komanda “Nant”dan üstün oldu.
25-ci tur
Renn – PSJ 1:4

Brasye, 52 – Barkola, 28. Ramuş, 50. Dembele, 90+1; 90+3. (28550)
PSJ: Safonov, Neveş (Kvaratsxeliya, 65), Beraldo, Paço, L.Ernandes (Mendeş, 64), Li Kan İn (Vitinya, 64), Zair-Emeri, Mayulu, Due, Ramuş (Dembele, 64), Barkola (Hakimi, 74).
Marsel – Lans 0:1
Əl-Aynaui, 90+4. (64952)
Marsel: Rulyi, Dediç (Qrinvud, 46), Balerdi, Kondoqbia, Nadir (Enrike, 46), Bennaser (Mope, 78), Heybyerq, Merlen (Rou, 70), Ronjye, Rabyo, Quiri.
Tuluza – Monako 1:1
Maqri, 90+1 – Minamino, 17. (25593)
Monako: Mayetski, Vanderson, Kerer, Mavissa, Enrike, Kamara, Əl-Musrati, Akliuş, Embolo (İlenihena, 74), Minamino (Ben-Seqir, 74), Biret (Sinqo, 82).
Nitsa – Lion 0:2
Şerki, 78. Nuama, 83. (23840)
Lill – Monpelye 1:0
Devid, 50. (19441)
Havr – Sent-Etyen 1:1
Ture, 45+1 – Stassen, 10. (22239)
Brest – Anje 2:0
Sima, 19. Fevr, 60. (14612)
Reyms – Oser 0:2
Ber, 15. Traore, 24. (15474)
Nant – Strasbur 0:1
Lemarşal, 79. (27645)
1. PSJ 25 20 5 0 70-24 65
2. Marsel 25 15 4 6 52-30 49
3. Nitsa 25 13 7 5 49-30 46
4. Monako 25 13 5 7 49-32 44
5. Lill 25 12 8 5 40-27 44
6. Lion 25 12 6 7 46-31 41
7. Strasbur 25 11 7 7 39-32 40
8. Lans 25 10 6 9 30-29 36
9. Brest 25 11 3 11 38-40 36
10. Tuluza 25 9 7 9 32-27 34
11. Oser 25 8 7 10 36-38 31
12. Renn 25 9 2 14 35-36 29
13. Anje 25 7 6 12 26-40 27
14. Nant 25 5 9 11 28-43 24
15. Reyms 25 5 7 13 26-40 22
16. Havr 25 6 3 16 24-51 21
17. Sent-Etyen 25 5 5 15 25-57 20
18. Monpelye 25 4 3 18 21-59 15
Bombardirlər: Dembele (PSJ) – 20, Qrinvud (Marsel) – 15, Devid (Lill) – 14, Barkola (PSJ) – 13.
Növbəti turun oyunları martın 14-16-sı aralığında keçiriləcək: Nitsa – Oser, Nant – Lill, Anje – Monako, Lans – Renn, Lion – Havr, Monpelye – Sent-Etyen, Brest – Reyms, Strasbur – Tuluza, PSJ – Marsel.
Turun rəqəmi
1 – “Reyms” 2020-ci ilin fevralından bəri Liqa 1-də ardıcıl 5 oyunda bir qol da vurmadan məğlub olan ilk komandadı. Həmin vaxt isə “Tuluza” belə aqibət yaşamışdı.
Turun ulduzu
Tyaqo Almada (Lion) – argentinalı dünya çempionu güclü “Nitsa” üzərindəki qələbənin əsas memarı oldu. O, həm Şerkinin, həm də Nuamanın fərqlənməsinə şərait yaratdı. “Şirlər” məhz bu qələbə sayəsində “avrokubok zonası”ndakı yerini qorudu.
Turun sitatı
Luis Enrike, PSJ-nin baş məşqçisi:

“Renn” ilə oyundan əvvəl “Liverpul”la qarşıdakı matçı düşünmədiyimi deməklə sizi aldatdım. Əlbəttə, “Liverpul” haqda düşünürəm. Püşk atılandan bəri həmişə həmin oyunu düşünmüşəm. Ancaq bu gün bütün oyunçuların işini və mentallığını qeyd etmək istəyirəm – start heyətində çıxanların da, sonradan oyuna qoşulanların da, hətta oynamayanların da. Xüsusən də 2-ci hissənin əvvəlində fəal görünən “Renn”ə qarşı yaxşı oynadıq. “Liverpul”la oyun ərəfəsində tam nikbin əhval-ruhiyyədəyik”.


Fakt
Şerkinin meydana çıxmasından “Nitsa”nın qapısına yol tapmasına qədər cəmi 23 saniyə keçdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:327
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Mart 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri