PSJ prezidenti ilə bağlı araşdırma başladı KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paris prokurorluğu PSJ-nin prezidenti Nasser Əl-Xələfi ilə bağlı ilkin araşdırmaya başlayıb.
KONKRET.az xəbər verir ki, araşdırma “Anticor” təşkilatının müraciətindən sonra Paris prokurorluğunun maliyyə antikorrupsiya bölməsinə yönləndirilib.
Əl-Xələfi 2024-cü ilin yayında eyni vaxtda PSJ-yə rəhbərlik edib, “beIN Media Group”un prezidenti olub və Fransa Peşəkar Futbol Liqasının (LFP) direktorlar şurasında yer alıb.
“Anticor” hesab edir ki, bu vəzifələrin eyni şəxs tərəfindən tutulması Əl-Xələfinin Fransa çempionatının televiziya yayım hüquqlarının satışı ilə bağlı danışıqlar zamanı mümkün maraqlar toqquşmasına və “beIN Media Group”un maraqlarına təsir göstərməsinə şərait yarada bilərdi.
Təşkilat məsələ ilə bağlı müraciətini martın 3-də Paris prokurorluğuna təqdim edib. Hazırda isə iş üzrə ilkin araşdırma mərhələsinə keçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 20 Sentyabr 2026 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















