PUA zərbəsi Çernobıl yaxınlığındakı saxlama obyektini zədələyib AEBA
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) ekspertlər qrupu Çernobıl zonası yaxınlığında işlənmiş nüvə yanacağının mərkəzi anbarına səhər saatlarında pilotsuz uçuş aparatı (PUA) ilə endirilmiş zərbənin nəticələrinə baxış keçirib.
"Report" AEBA-ya istinadən xəbər verir ki, hücum nəticəsində yanacaq qəbulu binasının bir hissəsinə, o cümlədən agentliyin obyektdə yerləşən inspektorlarının ofisinə əhəmiyyətli dərəcədə konstruktiv ziyan dəyib.
Ekspertlər binanın fasadının, divarlarının və pilləkən konstruksiyalarının zədələndiyini qeydə alıblar. Hadisə yerində şüşə qırıqları, kərpic parçaları və digər dağıntı fraqmentləri aşkar edilib.
Bununla yanaşı, mütəxəssislər obyektdə radiasiya səviyyəsinin norma daxilində qaldığını təsdiqləyiblər ki, bu da insident nəticəsində radioaktiv çirklənmənin olmadığını göstərir.
Qeyd olunur ki, hücum anında işlənmiş nüvə yanacağı zədələnmiş binadan bir neçə yüz metr aralıda yerləşən konteynerlərdə olub. Mütəxəssislərin məlumatına görə, daha yaxında yerləşən konteynerlər boş olub.
AEBA həmçinin bildirib ki, obyektin Ukraynanın fəaliyyət göstərən atom elektrik stansiyalarından işlənmiş yanacağın qəbulunu nə vaxt bərpa edə biləcəyi hələ məlum deyil.
Agentliyin baş direktoru Rafael Qrossi insidenti "son dərəcə narahatedici" adlandırıb və nüvə təhlükəsizliyi üçün ciddi riskdən söhbət getdiyini vurğulayıb.
An IAEA team has inspected the impact of this morning’s drone strike on the central spent fuel storage facility near the Chornobyl site, reporting that it caused significant structural damage to part of the fuel reception building, including to the IAEA safeguards office located pic.twitter.com/QPyjgc7Gsh
— IAEA - International Atomic Energy Agency (@iaeaorg) June 7, 2026
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 07 İyun 2026 23:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















