Puan Maharani: Növbəti 25 il Asiya əsrini reallaşdırmaq üçün həlledici dövr olacaq
Icma.az, Ses qazeti saytına istinadən bildirir.
Bu gün böyük bir qeyri-müəyyənlik dövründəyik, o cümlədən beynəlxalq münasibətlərdə ciddi nəticələrə və uğursuzluqlara səbəb olan dövrdə yaşayırıq. Çoxsaylı imkanlar və çətinliklərlə qeyd olunan bütün irəliləyişlərə, nailiyyətlərə baxmayaraq, dünya hələ də çoxsaylı böhranlarla üzləşir. Böyük güc rəqabəti, müharibələr, təbii fəlakətlər buna nümunə ola bilər. Növbəti 25 il Asiya əsrini reallaşdırmaq, dinc bir Asiya yaratmaq üçün həlledici dövr olacaq.Bunu İndoneziya Nümayəndələr Palatasının sədri xanım Puan Maharani Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında çıxışı zamanı söyləyib."Hazırkı dövr dünyanın çoxqütblülüyünün artması ilə xarakterizə olunur. Çoxqütblülük bütün ölkələr üçün daha həlledici fürsət verməlidir. Amma, eyni zamanda, bu, qeyri-sabitliyə də səbəb ola bilər. Böyük qeyri-müəyyənliyi azaltmaq üçün beynəlxalq hüquqa əsaslanan daha güclü çoxtərəfli yanaşmaya da ehtiyacımız var", - deyə Puan Maharani diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 19 Fevral 2025 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















