Icma.az
close
up
RU
Makron: Növbəti 15 gün Ukraynanın təhlükəsizlik zəmanəti üçün həlledici olacaq

Makron: Növbəti 15 gün Ukraynanın təhlükəsizlik zəmanəti üçün həlledici olacaq

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Vaşinqtonda keçirilən sülh danışıqlarından sonra Ukraynanın təhlükəsizlik zəmanətlərinin razılaşdırılması üçün qarşıdakı iki həftə həlledici olacaq.

Qaynarinfo "Politico”ya istinadla xəbər verir ki, bunu Fransa lideri LCI telekanalına müsahibəsində deyib.

"Gələn 15 gün bizim üçün tamamilə kritik əhəmiyyət daşıyır. ABŞ-la işi yekunlaşdırmaq və bu təhlükəsizlik zəmanətlərinə konkret məzmun vermək lazımdır”, – Makron bildirib.

O vurğulayıb ki, Ağ Evdə keçirilən görüşlərdən və Donald Trampın Alyaskada Vladimir Putinlə danışıqlarından sonra müttəfiqlər yeni təhlükəsizlik formatları üzərində işləməyə hazırdırlar.

"Son günlərin böyük dəyişikliklərindən biri odur ki, Tramp Ukraynanın təhlükəsizliyini təmin etməyin vacibliyini qəbul edib”, – Fransa Prezidenti deyib.

Makronun sözlərinə görə, tərəfdaş ölkələr – xüsusilə Fransa, Böyük Britaniya, Almaniya və Türkiyə "havada, dənizdə və quruda sakitləşdirici əməliyyatlara” hazırdırlar, lakin ön cəbhədə yox.

Eyni zamanda o, Kremlin mövqeyi ilə bağlı tələskənlik və illüziyalar barədə xəbərdarlıq edib. Makron bildirib ki, gələcək razılaşma Ukraynaya ərazi bütövlüyünü bərpa etmək və yeni təcavüzün qarşısını almaq imkanı verməlidir.

Fransa lideri həmçinin qeyd edib ki, potensial üçtərəfli görüş – Zelenski, Putin və Tramp arasında – tarixi neytral beynəlxalq danışıqlar məkanı kimi Cenevrədə keçirilə bilər.

Xatırladaq ki, bundan əvvəl Makron Rusiyanı "uzunmüddətli destabilizasiya edən qüvvə” adlandırmış, Vladimir Putini isə "öz sağ qalması üçün yeməyə davam etməli olan adamyeyən” kimi səciyyələndirmişdi.

Makron Avropanı Rusiyaya qarşı "sadəlövh olmamağa” çağıraraq əlavə edib ki, Moskva uzunmüddətli destabilizasiya mənbəyi olacaq. O, həmçinin xatırladıb ki, 2007–2008-ci illərdən etibarən Putin öhdəliklərinə nadir hallarda əməl edib və hakimiyyətini genişləndirmək üçün sərhədləri yenidən nəzərdən keçirməyə çalışıb.


Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Avqust 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri