Pul alıb narkomanları sərbəst buraxan polis saxlanıldı
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyanın Krasnodar diyarının Beloreçensk şəhərində polis üç narkomanı rüşvət müqabilində sərbəst buraxıb.
Lent.az yerli teleqram kanallarına istinadla bildirir ki, istirahətdə olan patrul işçisi şəxsi işlər üçün şöbəyə gəlib. O, eşidib ki, həmkarları Adıgeydən olan dörd narkotik aludəçisini tutublar və onlara köməyə gedib.
Həmin gün işdə olmayan polis saxlanılanlar arasında bir tanışı olduğunu görüb. Saxlanılan narkoman ana dilində 40 min rubl (təxminən 678 manat) qarşılığında üç nəfərin sərbəst buraxılmasını istəyib. Polis dostunun təklifi ilə razılaşıb. Dördüncüsünə isə həmin an artıq protokol tərtib edilib.
Rüşvət alıb 3 narkomanı sərbəst buraxan polis cinayət işi üzrə tutulub.
Baxış sayı:119
Bu xəbər 27 Dekabr 2024 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















