Icma.az
close
up
RU
Pul kütləsi niyə sürətlə artır? İqtisadçı açıqladı

Pul kütləsi niyə sürətlə artır? İqtisadçı açıqladı

Icma.az bildirir, Adelet.az portalına istinadən.

“Hansı risklər var?Azərbaycanda pul kütləsində kifayət qədər ciddi artım var. Beləki, son bir ildə banklardan kənarda dövriyyədə olan nağd pulun həcmi, yəni M0 13,9% artıb. Nağd pulla yanaşı banklardakı tələbli depozitləri də əhatə edən M1 17,5% artıb. Manatla olan daha geniş pul kütləsini göstərən M2 isə 20,7% artaraq 44,4 mlrd. manata çatıb”.

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

O, bildirib ki, bu rəqəmlərin özündə maraqlı bir analitika var:

“M0-ın 13,9%, M2-nin isə 20,7% artması göstərir ki, artım yalnız əhalinin əlindəki nağd pulun çoxalması hesabına olmayıb. Bank hesablarında və manatla yığımlarda olan vəsait daha sürətlə artır. Fiziki şəxslərin bank əmanətlərinin son bir ildə 15,8% artması da bunu göstərir.Bunun əsas səbəblərindən biri ölkədə xarici valyuta təklifinin yüksək olmasıdır. Valyuta bazarında təklif tələbi üstələyib və Mərkəzi Bank təkcə avqustda bazardan 1,5 mlrd. dollar alıb. Bunun qarşılığında manat dövriyyəyə daxil olur. Digər tərəfdən, əhali və biznes vəsaitlərinin daha böyük hissəsini manatla saxlayır.Nəticədə bank sistemində də kifayət qədər böyük vəsait formalaşıb”. 

İqtisadçının sözlərinə görə, bank sektorunda struktur likvidlik profisiti ilin əvvəlindən 2,2 dəfə artaraq 6,3 mlrd. manata çatıb:

“Buraya qədər mənzərə daha çox müsbətdir. Manata etimad artır, bankların maliyyə imkanları genişlənir, iqtisadiyyatın kreditləşdirilməsi üçün daha böyük resurs yaranır. Nəticədə iqtisadiyyata kredit qoyuluşları da son bir ildə 12,9% artıb.Amma məsələnin digər tərəfi də var. Belə ki, pul kütləsi 20,7%, kreditlər 12,9%, əhalinin əmanətləri 15,8% artır, amma eyni dövrdə real iqtisadi artım cəmi 1,2%, qeyri-neft-qaz sektorunda isə 2,1% olub. Qeyri-neft-qaz sektoruna investisiyaların real artımı da cəmi 1,4% təşkil edib.Əvəzində pərakəndə ticarət real ifadədə 3,9%, əhalinin nominal gəlirləri 9,4% artıb. İnflyasiya isə 5,7% olub.Məhz burada əsas sual yaranır. Pulun və kreditlərin artım tempi real iqtisadiyyatın və xüsusilə qeyri-neft sektoruna investisiyaların artım tempini xeyli qabaqlayırsa, bu vəsaitin hansı hissəsinin yeni istehsala və biznesin genişlənməsinə, hansı hissəsinin isə istehlaka və aktivlərə getməsi vacibdir. Çünki birinci halda artan pul iqtisadiyyat üçün fürsətdir. Çünki, bu investisiya, istehsal, yeni biznes və iqtisadi artım yaradır.İkinci halda isə riskdir. Çünki, o halda tələb artır, amma onun qarşılığında mal və xidmət istehsalı eyni sürətlə artmırsa, nəticə qiymət artımı və inflyasiya təzyiqi ola bilər.Ona görə də pul kütləsinin 20,7% artması hazırda nə “sevinc” deyil, nə “kədər”. Bu gün üçün bunu daha çox fürsət hesab edirəm. Amma bu fürsətin sabah riskə çevrilib-çevrilməməsi isə artan pulun nə qədərinin realiqtisadiyyata və istehsala yönələcəyindən asılı olacaq”.

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://adalet.az
archiveBu xəbər 05 Oktyabr 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see355

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see301

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see274

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see257

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see249

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see244

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see239

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see225

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see219

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see219

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see219

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see196

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see196

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see189

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see188

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see180

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see178

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see178

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see177

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri