Pullar geri ödəndi Kimlərə şamil olunur?
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlakçılara qaytarılan ƏDV-nin həcmi 157 milyon 192,1 min manat təşkil edib.
"Yeni Sabah" xəbər verir ki, hesabat dövründə pərakəndə ticarət və iaşə obyektlərindən alınan mallara, eləcə də teatr tamaşaları, film nümayişləri, muzey ziyarətləri, simfonik orkestr konsertləri və tibbi xidmətlərə görə ödənilmiş ƏDV istehlakçılara qaytarılıb. İşğaldan azad edilmiş ərazilərdəki hotellərdə gecələmə və qalma xidmətləri üzrə də ƏDV geri ödənilib.
Qeyd edək ki, neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları üzrə ödənilmiş ƏDV bu məbləğə daxil deyil. Pepperoni pizza
Bundan başqa, 2026-cı ilin ilk 9 ayında xarici vətəndaşların Azərbaycanda şəxsi istehlak üçün aldıqları mallara görə dövlət büdcəsindən 7 milyon 319,2 min manat ƏDV qaytarılıb. Bu, “Tax Free” sistemi çərçivəsində həyata keçirilib.
Baxış sayı:49
Bu xəbər 12 Oktyabr 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















