Icma.az
close
up
RU
Pullu yollar o vaxt olar ki: Vətəndaşa pulsuz alternativ verilsin Razi Nurullayev

Pullu yollar o vaxt olar ki: Vətəndaşa pulsuz alternativ verilsin Razi Nurullayev

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paytaxtın nəqliyyat sistemində həm sərnişin daşımalarının keyfiyyətini artırmaq, həm də şəhər mərkəzində hərəkəti tənzimləmək üçün yeni mexanizmlər hazırlanır.

Dövlət dəstəyi ilə daşıyıcıların avtobus parkını yeniləməsi daha əlçatan olacaq, eyni zamanda Bakıya şəxsi avtomobillərin girişinin pullu olması məsələsi gündəmdədir.

Bu yanaşma həm ictimai nəqliyyata marağı artırmaq, həm də tıxacların və ekoloji problemlərin qarşısını almaq məqsədi daşıyır. Bakı şəhərinə avtomobillərin girişinin pullu olması məsələsi isə cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.

Bəs bu addım vətəndaşlar üçün əlavə maliyyə yükünə çevrilə bilərmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, pullu xidməti o zaman tətbiq edə bilərik ki, vətəndaşlara başqa alternativlər də təqdim edək:

“Şəhərdə tıxac problemi mütləq şəkildə həll olunmalıdır, amma pullu girişin tətbiq olunması mübahisəli məsələdir. Çünki biz pullu xidməti o zaman tətbiq edə bilərik ki, vətəndaşlara başqa alternativlər də təqdim edək.

Məsələn, Bakının müxtəlif yerlərinə, şəhərin mərkəzinə, işçilərin gedə biləcəyi yerlərə ictimai nəqliyyat asan yollarla aparılmalı, metro çıxışları, tramvay xətləri olmalıdır. Yəni vətəndaş rahatlıqla iş yerinə çata bilər və iş yerindən evinə rahat gedə bilər. Belə hallarda təbii ki, mən buna isti yanaşardım.

Buna baxmaq lazımdır ki, şəhərin hansı hissələrinə giriş pullu olması tətbiq olunacaq. Bu sosial narazılıq yaradacaq məsələdir, ciddi müzakirələr yaranacaq. Bu gün biz görürük ki, şəhərin içərisində sıxlıq var, onun üçün də ola bilər ki, insanların xoşuna gəlməyən radikal qərarlar verilməli olacaq. Amma istənilən halda insanların sosial vəziyyəti də nəzərə alınmalıdır”.

Deputat qeyd edib ki, bu qaydanı tətbiq etməklə ölkədəki tıxac problemini həll etmək mümkün olmayacaq:

“Bakı şəhərində ictimai nəqliyyatın, o cümlədən digər vasitələrin giriş-çıxışı rahat olmalı, rahat işləməli, çeşidləri genişləndirilməlidir ki, vətəndaşlar rahatlıqla öz maşınlarından çıxıb həmin ictimai nəqliyyata otura bilsinlər.

Təbii ki, dövlətin bununla bağlı proqramı qəbul olunub. Cənab Prezidentin nəqliyyat problemləri ilə bağlı müşavirəsi keçirilib. 2030-cu ilə qədər müəyyən işlər aparılacaq, bu normaldır.

Düşünürəm ki, o qərarın 2030‑cu ilədək olan hissəsi daha tez həyata keçirilməlidir. Bəlkə 24 saat, ya da iki növbəli iş rejimində işləmək lazımdır ki, vəziyyət daha da çətinləşməsin. Amma həqiqətən şəhər iflic olub, radikal qərarlara ehtiyac var, amma bu qərarlar həssas təbəqələrə toxunmamalıdır.

Müxtəlif ölkələrin bununla bağlı təcrübəsi var. Yalnız bir qərarla şəhərə girişin pullu olması məsələni həll etmək olmaz. Bundan öncə başqa ölkələrin tətbiq etdiyi qaydalar da var, onları da tətbiq etmək lazımdır. Bu qaydanı tətbiq etməklə ölkədəki tıxac problemini həll etmək mümkün olmayacaq.

Digər qərarlar verilməlidir ki, o qərarlar xüsusilə kasıb təbəqəyə təsir edə bilməyəcək qərarlar olsun. Hər gün desək ki, kasıbın maşını yoxdur, şəhərə giriş və çıxış edənlər yalnız varlılardır bu düzgün olmaz. Bu gün hər kəs maşını var, kreditlə hər kəs maşın ala bilər. Ona görə də bunu belə əsaslandırmaq düzgün olmayacaq”.

Gülər
“Cebheinfo.az”

Açar sözlər: Pullu yollar Razi Nurullayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Sentyabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri