“Pullu”ya qəbul olan bu şəxslər təhsil haqqı ödəməyəcəklər
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Xəbər verdiyimiz kimi, dünən Azərbaycanda ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, qəbul imtahanlarının nəticələrinə əsasən 58 947 abituriyent ali məktəblərə qəbul olaraq tələbə adını qazanıb. Onların bir hissəsi dövlət sifarişi əsasında, bir hissəsi isə ödənişli əsaslarla təhsil alacaq.
Lakin ödənişli əsaslarla qəbul olunan tələbələrin müəyyən kateqoriyaları təhsil haqqından azad edilirlər. Bu şəxslərin təhsil xərcləri dövlət büdcəsi hesabına qarşılanır.
Belə ki, məcburi köçkün statusu olan Azərbaycan vətəndaşları dövlət ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, eləcə də AMEA-nın magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları halda bu güzəştdən yararlana bilərlər.
Valideyn himayəsindən məhrum olan şəxslər də təhsil haqqından azad edilənlər sırasındadır. Hər iki valideyni vəfat etmiş, bir valideyni vəfat etmiş və digər valideyni müəyyən dərəcədə əlilliyi olan, eləcə də valideyn himayəsindən məhrum olmuş şəxslər 23 yaşınadək əyani təhsil aldıqları müddətdə bu güzəştdən yararlanırlar.
Bundan başqa, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil xərcləri də dövlət tərəfindən qarşılanır.
Şəhid ailəsi statusu olan şəxslər də 23 yaşınadək əyani təhsil aldıqları müddətdə dövlət peşə, orta ixtisas və ali təhsil müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil haqqından azad edilirlər.
Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş, həlak olmuş, hərbi əməliyyatlar zamanı itkin düşmüş və ya məhkəmə tərəfindən ölmüş elan edilmiş şəxslərin övladlarının da ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil xərcləri dövlət hesabına ödənilir.
Müharibə veteranları da güzəştdən yararlanan kateqoriyaya daxildir. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil haqqı dövlət tərəfindən qarşılanır.
Qeyd edək ki, güzəştlərin tətbiqi şəxsin statusundan, təhsil səviyyəsindən və qanunvericilikdə müəyyən edilmiş digər şərtlərdən asılıdır.
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:Azərbaycanda bu şəxslər JEK lərə pul ödəməyəcəklər
17 Fevral 2026 19:41
DİQQƏT: Bu şəxslər icbari tibbi sığortaya görə pul ödəməyəcəklər
21 Noyabr 2025 12:11
Pullu ya düşən 1870 tələbə ödənişsiz oxuyacaq
06 Oktyabr 2026 16:06
Kirayə pullarını ödəməyəcəklər BOYKOT
09 Aprel 2026 12:10
Psoriaz və ya pullu dəmrov Niyə tam sağalmır?
22 Dekabr 2025 15:35
Baxış sayı:138
Bu xəbər 25 Avqust 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















