Icma.az
close
up
RU
Pulumu qara cibimdən götürüb ağ cibimə qoymuşam...

Pulumu qara cibimdən götürüb ağ cibimə qoymuşam...

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Salamnyus” informasiya agentliyi və “İnteraz”ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hurriyyet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Mətləb Bağırov ifadə verib.

O, leqallaşdırma, yalançı sahibkarlıq və qaçaqmalçılıqla bağlı danışıb:

"Mən 2003-cü ildən Rusiyada yaşayıram. Rusiyanın da vətəndaşıyam. “İnter.az” Rusiyada yaradılıb, 2007-ci ildə həmin media qurumunu almışam. Şirkətin əsli isə Rusiyada olub. “İnter.az” Azərbaycanla bağlı məlumat yaydığı üçün sonradan “Salamnyus” informasiya agentliyini yaratdıq. “İnter.az” Azərbaycandan kənarda yayımlanıb. 2015-ci ildə Azərbaycanda da şirkət təsis olundu. Biz 6 dildə xəbər yaymışıq. Hər gün yüzlərlə informasiya yayımlamışıq. Burada hansı yalançı sahibkarlıqdan söhbət gedə bilər?"

Qaçaqmalçılıq ittihamından danışan təqsirləndirilən şəxsin sözlərinə görə, ittihamda göstərilənlərlə heç bir əlaqəsi yoxdur:

"Türkiyə vətəndaşı K.H. və N.K. adlı şəxslərlə şəxsən tanışlığım yoxdur. Mən Azərbaycanda olmadığım üçün işləri T.X.-yə tapşırmışam. Mənə pul lazım olanda T.X.-dən istəmişəm. O da mənə göndərib. O, pulu necə göndərib, mənim bundan xəbərim olmayıb. N.K. T.X.-nin tanışı olub. Pulu da onun vasitəsilə T.X. göndərib. Burada qaçaqmalçılıq cinayəti ola bilməz”.

Leqallaşdırılma ilə bağlı danışan təqsirləndirilən şəxs qeyd edib ki, xaricdə qazandığı pulların Azərbaycana gətirilməsi və xərclənməsi cinayət deyil:

"Pulun leqallaşdırılması ilə bağlı əsaslar olmalıdır. Mən cinayət yolu ilə pul əldə etməmişəm. Digər tərəfdən pulun leqallaşdırılması üçün qara pulun yuyulması ola bilər. Bu da belədir ki, pulumu qara cibimdən götürüb ağ cibimə qoymuşam. Bir nəfər göstərsin ki, mənim qara və yaxud ağ cibim hansıdır?"

Məhkəmə prosesi fevralın 10-da davam edəcək.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Mətləb Bağırova Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma) və digər maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb.

Teleqraf.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:323
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Yanvar 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see315

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see308

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see297

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see282

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see275

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see272

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see257

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see246

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see240

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see235

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see225

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see221

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see208

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see200

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri