Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı Video
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Guya Hakan Fidan Azərbaycanda keçirilən toplantıda İsrail rəsmisinin çıxışı zamanı əlini qaldıraraq masaya hakimiyyətini qoyub və onun ardınca 12 dövlət də oranı tərk edib.
Axar.az xəbər verir ki, bunu türkiyəli tarixçi və televiziya şərhçisi Əhməd Anapalı deyib.
Anapalı bildirib ki, Hakan Fidan əlini başqa ölkələrin nümayəndələrinin də zalı tərk etməsi üçün qaldırmayıb. Onun sözlərinə görə, Türkiyə XİN başçısı sinxron tərcüməyə qulaq asmaq üçün istifadə olunan qulaqlığı çıxararkən əlini havaya qaldırıb.
Videodan da aydın şəkildə Hakan Fidanın ayağa qalxarkən kiməsə işarə verdiyi deyil, sadəcə qulaqlığı çıxarıb masaya qoyan zaman əlini havaya qaldırdığı görünür.
Qeyd edək ki, Türkiyə xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında İsrail Prezidenti İshaq Hersoqun çıxışı zamanı iclası tərk etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 21 Oktyabr 2026 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















