Pünhan Piriyev nazirə VİDEOMÜRACİƏT ETDİ: Ölümlə hədələnir VİDEO KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Tanınmış müğənni, bu yaxınlarda özünə etdiyi dəbdəbəli toyu, daha sonra isə Xalq artisti Alim Qasımovla bağlı qalmaqallı açıqlaması ilə gündəmə gələn Pünhan Piriyev bu dəfə saz ifaçısı aşıq Mübarizə görə Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət edib.
KONKRET.az xəbər verir ki, Tik-Tok platforması üzərindən nazirə açıq müraciət ünvanlayan müğənni öldürüləcəyi ilə hədələndiyini bildirib.
Müğənni Pünhan Piriyev iddia edir ki, onun həyatı təhlükədədir və nazir Vilayət Eyvazovdan təhlükəsizliyinin təmin olunması üçün göstəriş verməsini xahiş edir.
Bildirir ki, el arasında aşıq Mübariz kimi tanınan saz ifaçısı onu Ağcəbədi rayonunun Avşar kəndindən olan dostları tərəfindən öldürüləcəyi ilə hədələyir.
Buna görə də, müğənni Pünhan Piriyev Daxili İşlər naziri Vilayət Eyvazovdan aşıq Mübarizin cinayət məsuliyyətinə cəlb olunması üçün göstəriş verməsini xahiş edir.
Təbii ki, yaşadığımız hüquqi dövlətdə kimisə ölümlə hədələmək məsuliyyət yaradır və yəqin ki, bununla bağlı müvafiq ölçü götürüləcək. Amma cəmiyyətə nümunə sayılmalı olan iki sənətçinin bu cür qalmaqal yaşaması və bir-birini ölümlə hədələməsi heç də yaxşı hal deyil.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 10 Oktyabr 2026 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















