Pünhan Piriyev ölümlə hədələnir Nazirə müraciət
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tanınmış müğənni, bu yaxınlarda özünə etdiyi dəbdəbəli toyu, daha sonra isə xalq artisti Alim Qasımovla bağlı qalmaqallı açıqlaması ilə gündəmə gələn Pünhan Piriyev bu dəfə saz ifaçısı aşıq Mübarizə görə daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.
Kult.az Konkret.az-a istinadən xəbər verir ki, Tiktok platforması üzərindən nazirə açıq müraciət ünvanlayan müğənni öldürüləcəyi ilə hədələndiyini bildirib.
Müğənni Pünhan Piriyev iddia edir ki, onun həyatı təhlükədədir və nazir Vilayət Eyvazovdan təhlükəsizliyinin təmin olunması üçün göstəriş verməsini xahiş edir.
Bildirir ki, el arasında aşıq Mübariz kimi tanınan saz ifaçısı onu Ağcəbədi rayonunun Avşar kəndindən olan dostları tərəfindən öldürüləcəyi ilə hədələyir.
Buna görə də, müğənni Pünhan Piriyev daxili işlər naziri Vilayət Eyvazovdan aşıq Mübarizin cinayət məsuliyyətinə cəlb olunması üçün göstəriş verməsini xahiş edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 10 Oktyabr 2026 21:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















