Icma.az
close
up
RU
Pürenin dadını dəyişən üsul: Peşəkar aşpazlarların sirri

Pürenin dadını dəyişən üsul: Peşəkar aşpazlarların sirri

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Demək olar ki, hər kəs püre hazırlayarkən kartofu suda qaynadır. Lakin bu üsul çox vaxt nəticənin sulu və dadsız olmasına gətirib çıxarır. Londonun məşhur "Fallow" restoranının baş aşpazı, restoranın həmtəsisçilərindən biri olan Uill Lyuis (Will Lewis) kartofu qaynatmağın ən böyük səhv olduğunu bildirir. Onun fikrincə, qaynar suyun içində qalan kartof rütubəti özünə çəkir və bu nəm südün, kərə yağının tərəvəzin içinə hopmasına mane olur. Nəticədə püre restoranlardakı kimi zəngin dada malik olmur.
Demokrat.az xəbər verir ki, peşəkar mətbəxlərdə istifadə olunan əsas alternativ üsul kartofun duz üzərində sobada bişirilməsidir. Sobanın listinə tökülən qalın duz qatının üzərinə kartoflar qabıqlı şəkildə düzülür. Duz burada dadlandırıcı deyil, istilik tənzimləyicisi rolunu oynayır. Bu üsul tərəvəzin hər tərəfdən bərabər qızmasına şərait yaradır və yanmasının qarşısını alır. Kartoflar 160-180 dərəcədə tam yumşalana qədər bişirilir.
Pürenin ideal konsistensiyasını əldə etmək üçün kartofu mikser və ya əzən alətlə deyil, isti halda ələkdən keçirmək lazımdır. Mikser nişastanı yapışqan hala gətirir, ələk isə kütləni daha yüngül və havalı edir. Məhz bu mərhələdə tərəvəz kərə yağını və südü özünə çəkməyə maksimum hazır olur. Əsas məqamlardan biri də südün mütləq isti olmasıdır. Soyuq süd nişastanın quruluşunu sıxır və pürenin ipək kimi yumşaq olmasına mane olur.
Bu üsulun niyə daha dadlı olması fizika və kimya ilə izah edilir. Sobada bişən kartof su yığmır, əksinə, nəmi itirir. Tərəvəzin daxili nə qədər az sulu olarsa, yağ və qaymaq üçün bir o qədər çox yer qalır. Beləliklə, püre evdə hazırlanan adi qarnirlərdən fərqli olaraq daha dolğun və ləzzətli alınır.
Restoran təcrübəsinə görə kartofun qabıqlarını da tullamaq məsləhət deyil. Həmin qabıqları yağda qızardaraq pürenin üzərində xırt-xırtlı qəlyanaltı kimi təqdim etmək olar. Bu, süfrədə həm fərqli görünüş yaradır, həm də dad kontrastı bəxş edir.
Aytən
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:298
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Fevral 2026 08:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri