Icma.az
close
up
RU
“PUTİN 2050 ci İLƏ QƏDƏR HAKİMİYYƏTDƏ QALMAQ İSTƏYİR” “Hakimiyyəti oğlu İvana təhvil vermək fikrindədir”

“PUTİN 2050 ci İLƏ QƏDƏR HAKİMİYYƏTDƏ QALMAQ İSTƏYİR” “Hakimiyyəti oğlu İvana təhvil vermək fikrindədir”

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya başçısı Vladimir Putin 2050-ci ilə qədər hakimiyyətdə qalmaq istəyir.

“AzPolitika” xəbər verir ki, Britaniyanın "Daily Star" qəzetinin araşdırmaçı jurnalist İlya Davlyatçinə istinadla yayımladığı məqalədə belə deyilir.

Davlyatçinin sözlərinə görə, İosif Stalindən bəri Kremldə ən uzun müddət oturan 73 yaşlı Putin 97 yaşına qədər hakimiyyətdə qalmaq və sonra hakimiyyəti Alina Kabayevadan oğlan oğlu İvana təhvil vermək istəyir. Hazırda onun 10 yaşı var və yalnız 2050-ci ildə 35 yaşı olacaq. Rusiya qanunvericiliyinə görə isə prezident seçilmək üçün vətəndaşın 35 yaşı tamam olmalıdır.

Putinin səlahiyyət müddətini artırmaq üçün 2020-ci ildə yenidən yazılmış konstitusiyaya görə, o, 2036-cı ilə və ya 83 yaşına qədər prezident qala bilər. Rusiya reallıqları nəzərə alınmaqla, əgər sağ qalarsa, həmin vaxtdan sonra Putinin hakimiyyət ömrünü uzatmaq üçün əlavə olaraq hansısa hüquqi mexanizmlər hazırlanması mümkündür.

Nəşr yazır ki, hakimiyyət müddəti baxımından Putin artıq Pinoçeti (17 il), Kim Çen İri (17 il), Benito Mussolinini, İndoneziya diktatoru Suhartonu (20 il) və Rumıniyaya 24 il rəhbərlik etmiş Nikolae Çauşeskunu üstələyib. 2036-cı ilə qədər hakimiyyətdə qalsa, Putin Mao Tsedunu, Fransisko Frankonu (İspaniya) və Antonio de Salazarı (Portuqaliya) üstələyə bilər.

Əgər Putin 2050-ci ilə qədər hakimiyyətdə qalarsa, o, Müəmmər Qəddafini (42 il), Kim İr Seni (46 il) və Fidel Kastronu (49 il) üstələyəcək və 50 il hakimiyyətdə olmuş İvan Qroznıdan bəri Rusiyanın ən uzun müddət hakimiyyətdə qalan hökmdarı olacaq.

Bu arada Putinin yaxın ətrafı Rusiya Prezidentinin ömrünün uzadılması məsələlərini fəal şəkildə araşdırır. Sentyabr ayında Rusiya Səhiyyə Nazirliyinə qocalma əleyhinə bütün mövcud elmi tədqiqatları təcili olaraq toplamaq tapşırılıb. Bu barədə "The Times" qəzeti hələ ötən il məsələ ilə tanış olan mənbələrə istinadla məlumat verib.

Mediada yer alan xəbərlərə görə, "qocalma əleyhinə müalicə" layihəsinə Putinin yaxın dostlarından biri olan və Kurçatov Nüvə Tədqiqatları İnstitutuna rəhbərlik edən 77 yaşlı Mixail Kovalçuk nəzarət edir. Putinin böyük qızı, endokrinoloq Mariya Vorontsova da bu işdə iştirak edir.

Beləliklə, göründüyü kimi, Rusiyanın gənc nəslini Ukraynadakı müharibəyə “ət maşını”na atar kimi göndərən Kreml üçün əsas prioritet rusların genefondunu yox, Putinin həyatını, hakimiyyətini qorumaq və mümkün qədər uzunömürlü etməkdir.

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Noyabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see290

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see240

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see225

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see205

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see194

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see185

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see179

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see174

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see167

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see165

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see162

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see160

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see155

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see148

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see145

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see144

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see143

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see143

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see140

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri