Icma.az
close
up
RU
Putin: ABŞ la münasibətləri tam bərpa etmək Rusiyanın maraqlarına uyğundur

Putin: ABŞ la münasibətləri tam bərpa etmək Rusiyanın maraqlarına uyğundur

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin milli maraqlarını rəhbər tutma haqqını açıq şəkildə bəyan edib. O, ABŞ ilə tam münasibətlərin bərpa olunmasının Rusiya üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Bizimyol.info xəbər verir ki, o, bu fikirləri Valday Konfransının plenar iclasında çıxış edərəkən səsləndirib.

"Biz görürük ki, ABŞ-ın hazırkı administrasiyası, ilk növbədə, öz ölkəsinin maraqlarını önə çəkir və onları başa düşdüyü şəkildə yönəldir. Bu, bizim fikrimizcə, rasional yanaşmadır", - deyə Putin bildirib. Rusiya Prezidenti əlavə edib ki, ABŞ ilə münasibətlərin bərpası və genişləndirilməsi, ölkəsinin milli maraqlarını ön planda saxlayaraq həyata keçirmək istədiyi vacib addımlardan biridir.

Putin, həmçinin, bu yanaşmanın yalnız ABŞ-a aid olmadığını, Rusiya dövlətinin də öz maraqlarına əsaslanaraq siyasətini formalaşdırma haqqına sahib olduğunu qeyd edib. O, Rusiya ilə ABŞ arasında qarşılıqlı anlaşma və tam diplomatik əlaqələrin bərpasının, hər iki tərəf üçün faydalı olacağını qeyd edib.

Bundan əlavə, Putin beynəlxalq münasibətlərdə ölkəsinin daha balanslı bir yanaşma nümayiş etdirmək niyyətində olduğunu, bu məqsədlə müxtəlif beynəlxalq təşkilatlarla, o cümlədən BMT və digər çoxtərəfli qurumlarla əməkdaşlığın genişləndirilməsinə önəm verdiklərini bildirib. O, dünyadakı geosiyasi vəziyyəti nəzərə alaraq, Rusiyanın milli maraqlarını qorumaq və digər ölkələrlə bərabərhüquqlu əlaqələr qurmaq üçün səyləri artırmağı planlaşdırdıqlarını bildirib.

Rusiyalı siyasətçilər bildiriblər ki, bu çıxış, Rusiya ilə ABŞ arasında uzun illər davam edən gərginliyin fonunda, iki ölkə arasında yeni bir diplomatik münasibətlərin yaranması ümidlərini artırıb.

Qadir, Bizimyol.info

P.S: Putin bu tip çıxışları ilə ABŞ Prezidenti Donald Trampı artıq iki dəfə aldada bilib. Hər iki dəfə müharibənin danışıqlarla bitəcəyinə ümid edən ABŞ Prezidenti, nəticədə aldadılmış vəziyyətdə qalıb. O, ikinci razılaşmadan sonra “çox məyus oldum” deyə, dolayısıyla Putinin onu aldatdığını etiraf edib.

Son günlərdə ABŞ-ın Ukraynaya uzaqmənzilli raketlər verəcəyi ilə başlı yayılan məlumatlar və Rusiyanın daxilinə zərbə vurmaq üçün razılıq verməsi, Putini növbəti dəfə Trampı bu mövqedən geri çəkilməyə cəhd kimi qiymətləndirilir. Bu, bir daha göstərir ki, Putin danışıqlar adı altında öz maraqlarını güdməyə davam edir və ABŞ-ı strateji tələyə salmağı bacarır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 Oktyabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see235

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see224

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see184

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see182

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see160

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see149

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see149

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see146

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see142

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see142

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see136

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see135

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see135

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see135

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see133

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see130

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see129

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri