Putin Rusiyanın maraqlarına uyğun bir sülh imzalamaq istəyir POLİTOLOQ
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
Rusiya Prezidenti Vladimir Putin ilin yekunlarına həsr olunmuş konfransda deyib ki, biz hər zaman danışıqlara və kompromisə hazır olduğumuzu bildirmişik. Sadəcə qarşı tərəf danışıqlardan imtina edib:
“Heç bir şərt qoymadan dialoq aparmağa hazırıq. 2022-ci ilin sonunda İstanbul danışıqlarında nəticəyə çatmışdıq və yenə də təkrar edirəm, Ukrayna tərəfi bu sənədlə tamamilə razı idi".
Putinin fikirlərini "Sherg.az"a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, hazırda Rusiya müharibədə Ukraynanın dərinliklərinə qədər irəliləyib:
"Bu da danışıqların gedişatına təsir göstərir. Putinin çağırışı ABŞ-dakı hakimiyyət dəyişikliyini də özündə ehtiva edir. Çünki Tramp administrasiyası, Bayden administrasiyasından fərqli olaraq, Rusiya-Ukrayna müharibəsində sülhdən yanadır. Konfransda mövcud siyasi quruluş, hakimiyyət orqanlarının fəaliyyəti və yeni şəraitin seçilməsi məsələləri də müzakirə olunub. Bu məsələlər həm regional, həm də qlobal səviyyədə mühüm əhəmiyyət kəsb edib.
Hesab edirəm ki, Putin artıq yeni reallıqları dərk edir. Bu çağırış onun sülhə qarşı olmadığını göstərsə də, o, Rusiyanın maraqlarına uyğun bir sülh imzalamaq istəyir. Putin Ukraynanın bəzi ərazilərini ələ keçirmək istəyir, lakin rəsmi Kiyev bununla razılaşmır və bu da sülh proseslərini çətinləşdirir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 19 Dekabr 2024 21:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















