Putin Azərbaycana qarşı təzyiq siyasətinə üstünlük verəcək
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin son müsahibəsində deyib ki, Rusiya Qərbin Cənubi Qafqazı geosiyasi qarşıdurma meydanına çevirmək planlarını rədd edir. “Biz bölgəni xaosdan qorumaq və onu əməkdaşlıq və tərəqqi zonasına çevirmək üçün əlimizdən gələni edəcəyik” deyən Qaluzin bunun Rusiyanın köklü marağına cavab verdiyini vurğulayıb. Biz isə tam əksini müşahidə edirik. Rusiya Azərbaycanla münasibətləri gərginləşdirməklə özü bölgədə xaos yaradır. Kremlin Cənubi Qafqazın aparıcı dövləti ilə münasibətləri gərginləşdirməsi, mövcud vəziyyətdən çıxış yolları axtarmaması düşünülmüş planın tərkib hissəsinə oxşamağa başlayıb. Rusiya Prezidenti Vladimir Putin gərginliyə anında son verə bilər, ancaq görünür, o bunu istəmir. Türkiyə bir neçə il əvvəl onun hava sərhədini pozan Rusiyanın hərbi təyyarəsini vurduqdan sonra iki dövlət bir müddət küsülü qaldı. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarına üzrxahlıq məktubu göndərdi və iki dövlət arasında normallaşma bərpa olundu. İndi eynisini Putin Azərbaycana münasibətdə eləmək istəmir. Belə olan halda Putin Azərbaycana qarşı təzyiq siyasətinə üstünlük verəcək, bu proses artıq qara təbliğat vasitəsilə başlayıb. Rəsmi Bakı bunu cavabsız qoymayaraq adekvat addımlar atır. Rusiya Prezidenti Böyük Vətən müharibəsinin bitməsinin 80 illiyi ilə bağlı 9 mayda Moskvada keçiriləcək tədbirə Ermənistanın baş naziri Nikol Paşinyanı dəvət edib. Rusiyaya tərəfdaş olan ölkələrin liderlərinin bir qismi də dəvətlidir. Münasibətlərin indiki vəziyyətində Azərbaycan Prezidentinin tədbirdə iştirakı mümkün deyil.
Elxan Şahinoğlu, politoloq
Bu mövzuda digər xəbərlər:ABŞ Ermənistana yerini göstərdi bölgədə Azərbaycana üstünlük verəcək
08 Fevral 2025 10:42
Həm üstünlük, həm risk: “İbrahim sazişləri” Azərbaycana nə verəcək?
15 Noyabr 2025 16:07
Tramp Ermənistan və Azərbaycan arasında balans siyasətinə üstünlük verəcək ANALİZ
07 Yanvar 2025 16:47
Füzuli uğrunda döyüşlər Azərbaycana strateji üstünlük qazandırdı
15 Oktyabr 2025 17:13
Putin Cənubi Qafqazı xaosa sürükləyir: Azərbaycana qarşı təzyiq siyasəti...
10 Fevral 2025 18:15
Baxış sayı:128
Bu xəbər 10 Fevral 2025 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















