Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Həm üstünlük, həm risk: “İbrahim sazişləri” Azərbaycana nə verəcək?

Həm üstünlük, həm risk: “İbrahim sazişləri” Azərbaycana nə verəcək?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Daha bir ölkə “İbrahim sazişləri”nə qoşulub. 

Belə ki, Qazaxıstan da bu razılaşmaya qoşulduğunu rəsmən elan edib. ABŞ Prezidenti Donald Tramp Qazaxıstanla yanaşı, Mərkəzi Asiyanın digər dövlətlərinin, habelə Azərbaycanın da “İbrahim razılaşmalarına” qoşulmasını istəyir. Üstəlik, Qazaxıstanın da Azərbaycan kimi İsraillə sıx tərəfdaşlıq münasibətləri var.

Astana nə üçün “İbrahim razılaşamalasına” qoşulmağa ehtiyac duyub? Azərbaycan nə vaxt bu sazişə qoşulacaq? 

Azərbaycan Ümid Partiyasının sədr müavini, siyasi şərhçi Tamilla Qulami "Cümhuriyət"-ə açıqlamasında bildirib ki, 2020-ci il avqust ayında ABŞ-nin vasitəçiliyi ilə İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) “İbrahim sazişi”nə imza atdılar: 

"Razılaşmanın da adından bəlli olduğu kimi, bu imzanın atılmasındakıəsas məqsəd xalqlar arasındakı “ortaq kök” və “sülh niyyəti”ni həyata keçirməkdir. ABŞ Prezidenti Donald Tramp beynəlxalq təşkilatlarda üzvlük olaraq Türk Dünyası Dövlətlərinin və Orta Asiya Respublikalarının da iştirakında maraqlı olduğunu dəfələrlə vurğulayıb. Bu ölkələr siyahısında xüsusilə Türkiyə və Azərbaycanın da olduğunu qeyd etmək yerinə düşər. Türk dövlətlərindən olan Qazaxıstan 2025-ci ilin noyabrında “İbrahim sazişi”nəqoşulduğunu rəsmən elan etdi". 

Simvolik və strateji mesaj 

Ekspertin sözlərinə görə, Qazaxıstanın bu razılaşmaya qoşulmağının bir neçəəsas səbəbləri var: 

"Qazaxıstanın İsraillə 1992-ci ildən diplomatik əlaqəsi var. Buna görə Qazaxıstanın “İbrahim sazişi”nəqoşulmağını daha çox simvolik və strateji mesaj kimi dəyərləndirmək olar. Qazaxıstanın Xarici İşlər Nazirliyi bəyan edir ki, ölkəsinin bu sazişə qoşulması “ölkənin maraqlarına uyğun”, “tarazlı, konstruktiv və sülhpərvər” xarici siyasət kursuna uyğundur. 

Bu fikirlər onu göstərir ki, Qazaxıstan üçün razılaşmaya qoşulmaq yalnız İsraillə diplomatik münasibətlərin davamı deyil, həm də ABŞ, Orta Asiyadakı qonşuları və beynəlxalq arenada mövqeyini gücləndirmək üçün əsas fürsətlərdəndir". 

Tamilla Qulami qeyd edib ki, Qazaxıstanın bu addımı ABŞ-nin C5+1 (Amerika + Orta Asiya ölkələri) formatında möhkəmlənən əlaqələri çərçivəsində baş verir: 

"Belə qoşulma Qazaxıstana yeni investisiya, ticarət, texnologiya, nadir metallar kimi sahələrdə fayda gətirə bilər. Nadir metallar sahəsindəəməkdaşlığın da xüsusi qeyd edilməsi bunun sübutudur. Qazaxıstan bu addımı ilə regionda ölkəsinin nüfuzunu artırmaq və münaqişələrdə balanslı mövqe göstərmək istəyir. 

Rəsmi Astananın bəyanatında bildirilir ki, bu addım münaqişələrin aradan qaldırılmasına, dialoqun təşviqinə və BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsipləri əsasında irəliləməyə xidmət edəcək. Bu da Qazaxıstanın “müstəqil və balanslı” xarici siyasət yürütmək istədiyini bir daha diqqətə çatdırır. Yəni ölkənin yenilikçi diplomatik mesaj verən, strateji, iqtisadi, texnoloji əməkdaşlıq və xarici siyasətdə görülən fəallığı kimi amillərlə təqdim olunur". 

Həmin ölkələr arasında Azərbaycan da var

Həmsöhbətimiz Azərbaycanın “İbrahim razılaşmaları”na qoşulması ehtimalından da danışıb: 

"Azərbaycanın bu razılaşmaya qoşulacağı ilə bağlı hələlik konkret tarix açıqlanmayıb, lakin bəzi göstəricilərin olduğu da nəzərdən qaçmır. ABŞ-nin xüsusi elçisi StivUitkof bildirib ki, 4-6 ölkə növbəti aylarda bu razılaşmaya qoşula bilər və həmin ölkələr arasında Azərbaycan da yer alır. Hələlik rəsmi olaraq Azərbaycan hökumətindən bu barədə açıqlama yoxdur, amma görünən budur ki, razılaşmaya qoşulma “planlarda” var. 

Əslində, Azərbaycan “İbrahim razılaşmaları” sazişinə qoşulan ölkələrlə yüksək səviyyəli münasibətlərə malikdir. Çünki Azərbaycan bəlkə də yeganədövlətlərdəndir ki, xarici siyasətində korrekt addımlar atır, emosiyadan kənar mövqelər bəlli edir, regionda balanslı siyasət həyata keçirir, ölkələrarası diplomatik münasibətlərdə nümunə addımlar ortaya qoyur". 

Həm müsbət, həm riskli

Sədr müavini diqqətə çatdırıb ki, Azərbaycanın “İbrahim sazişi”nə qoşulacağı təqdirdə ölkə üçün siyasi, iqtisadi və geosiyasi aspektlərdə həm müsbət, həm də riskli tərəfləri ola bilər: 

"Məsələn, Azərbaycanın regional nüfuzunun daha da artması qaçılmaz olacaq. Çünki Azərbaycan qeyd etdiyim kimi diplomatik münasibətlərini yüksək səviyyədə inkişaf etdirən - həm Türkiyə, həm İsrail, həm dəərəb ölkələri ilə sıx əlaqələri olan unikal bir dövlətdir. Beləliklə, Azərbaycanın bu razılaşmaya rəsmi qoşulması müxtəlif bloklar arasında körpü rolunu oynaya bilər. 

Nəzərə alaq ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvüdür və Fələstin məsələsində daim balanslı mövqe tutur. “İbrahim sazişi”nə qoşulmaq, bu balansı qorumaq şərtilə, Azərbaycanın “sülhün təminatçısı” dövləti imicini bir daha gücləndirəcək. Hər kəsə bəllidir ki, “İbrahim razılaşması” sazişi ABŞ tərəfindən təşviq olunur. 

Azərbaycanın bu sazişə qoşulması Vaşinqtonla yaxşı olan münasibətləri, əməkdaşlıq imkanlarını, o cümlədən təhlükəsizlik və enerji sahəsində strateji tərəfdaşlığı daha da dərinləşdirəcək. İsraillə dərin diplomatik əlaqələrə sahib olan Azərbaycan bu sazişə qoşulmaqla, iqtisadi vətexnoloji faydalardan da yararlana bilər. 

Dünya miqyasında İsrail texnologiyası və kənd təsərrüfatı innovasiyaları yüksək yerlərdən birini tutur. Azərbaycanın su ehtiyatlarının idarəsi, dron texnologiyaları və aqrar modernizasiya kimi sahələrinin İsrail təcrübəsindən daha geniş miqyasda yararlanmasına şərait yaradar". 

Ən ciddi reaksiya İrandan gələ bilər

O əlavə edib ki, Azərbaycanın Ərəb Liqası ilə də münasibətləri normaldır: 

"Azərbaycan bu sazişə qoşulmaqla, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Səudiyyə Ərəbistanı kimi dövlətlər Azərbaycanın bərpa olunan enerji, logistika və turizm sahələrinə sərmayə yatırmağa daha açıq ola bilərlər. Xüsusilə də 44 günlük Vətən müharibəsindəəldə etdiyimiz qalibiyyətdən sonra dağıdılmış bir ərazi kimi xüsusi bərpaya ehtiyacı olan Qarabağ torpaqlarına dəstək gündəm mövzusu ola bilər. Bu saziş platforması vasitəsilə regiona texnoloji və maliyyə dəstəyi gəlməsi ehtimalı yüksəkdir. 

Bu sazişə qoşulma geosiyasi təsir olaraq, Türkiyə ilə də dost, doğma qardaş olan Azərbaycanın Türkiyə ilə atdığı addımların uyğunluğunu bir daha ortaya çıxaracaq. Çünki Türkiyə artıq İsraillə münasibətlərini normallaşdırma vəziyyətinəgətirməkdədir. Bu baxımdan, Azərbaycanın atacağı addım Türkiyə ilə paralel strateji xətti bir daha gücləndirəcək. 

Risk olan ən ciddi reaksiya isə İrandan gələ bilər. Rəsmi Tehranın Azərbaycanın İsrail ilə açıq diplomatik yaxınlaşmasını öz milli təhlükəsizliyinə təhdid kimi qələmə verməsi qaçılmaz kimi görünür. Bu da Bakı-Tehran xəttində gərginliyinin artmasında bəhanə kimi İran tərəfindən istifadə mövzusu ola bilər.

Amma bunun İranla münasibətlərdə hər hansısa ciddi narahatlıqlar yarada biləcəyini o qədər də ehtimal etmirəm. Çünki dediyim kimi, Azərbaycan öz təhlükəsizliyini qorumaq şərtilə, hər zaman balanslı siyasət yürüdən ölkə olub". 

T.Qulami hesab edir ki, Azərbaycan üçün “İbrahim sazişi”nə qoşulmaq qısamüddətli dövrdə diplomatik və iqtisadi üstünlüklər, uzunmüddətli perspektivdə isə İran və bəzi ərəb dairələri ilə gərginlik riski yarada bilər: 

"Əgər rəsmi Bakı bu addımı milli maraqlar çərçivəsində balanslı şəkildə, yəni həm İsrail, həm də İslam dünyası ilə münasibətləri pozmadan atarsa, bu, ölkənin regional strateji gücünü artıran addım kimi dəyərləndirilə bilər. 

Azərbaycan hər zaman milli maraqları, dövlət təhlükəsizliyini düşünən ölkə olaraq, dünya, region, bölgə dövlətləri ilə balansı siyasət yürütməyə çalışıb. Azərbaycana qarşı mənfur siyasət yürüdənlərin isə tarix və Azərbaycan Ordusu cavabını verib". 

Xatırladaq ki, “İbrahim (Avraam) sazişləri” 2020–2021-ci illərdə İsrail dövləti və bir sıra ərəb dövlətləri arasında, münasibətlərin normallaşdırılması üçün imzalanmış müqavilələrdir. Müqavilələrin adı, inancı bütün tövhidi dinlərdə — iudaizm, xristianlıq, islamda əksini tapan ilk peyğəmbər İbrahimin (Avraamın) adı iləəlaqəlidir.

ABŞ-nin 50-dən çox yəhudi ravvini “İbrahim razılaşması”nıngenişləndirilməsi və türk dövlətlərini ora daxil etməklə bağlı ABŞ Prezidenti Donald Trampa müraciət edib. Eyni zamanda artıq bir müddətdir Azərbaycanın “İbrahim sazişi” çərçivəsinə qoşulacağı müzakirə edilir.

Elmir Mustafa
"Cebheinfo.az"

Açar sözlər: “İbrahim sazişləri” Tamilla Qulami

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Noyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see309

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see277

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see276

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see257

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see251

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see239

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see232

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see229

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see223

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see217

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see207

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see201

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see196

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see190

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see189

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see184

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see182

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see173

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri