Icma.az
close
up
RU
ABŞ Ermənistana yerini göstərdi bölgədə Azərbaycana üstünlük verəcək

ABŞ Ermənistana yerini göstərdi bölgədə Azərbaycana üstünlük verəcək

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Baş nazirin uğursuz Amerika səfəri; təhlilçilərə görə, Tramp komandası Paşinyanla işləməyə meyilli deyil, çünki...

Ermənistan baş naziri Nikol Paşinyanın 4 günlük ABŞ səfəri (4-7 fevral) bitdi. Məlumata görə, səfərin rəsmi səbəbi Beynəlxalq Din Azadlığı Sammiti və Milli Dua Tədbirində iştirak idi. Ancaq aydındır ki, gerçək hədəf başqa olub.

Paşinyan ABŞ-yə işgüzar səfəri çərçivəsində yalnız vitse-prezident Ceyms Devid Venslə görüşə bilib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidmətinin yayımladığı qısa məlumatda deyilir ki, danışıqlar zamanı tərəflər Cənubi Qafqazdakı vəziyyəti və İrəvanla Vaşinqton arasında münasibətləri müzakirə ediblər.

Maraqlıdır ki, Paşinyan Vaşinqtonda Atlantik Şurasında keçirdiyi görüşlərdə region ölkələri ilə münasibətlər, sülh prosesi ilə bağlı müzakirələr apardığı, debatlara qatıldığı bir dönəmdə Atlantik Şurasının saytında Azərbaycanla bağlı geniş məqalə dərc edilib. Məqalədə Azərbaycan etibarlı, tolerant və sülh tərəfdarı olan ölkə kimi xarakterizə olunub.

Şübhəsiz ki, nüfuzlu “beyin mərkəzi” olan Atlantik Şurası tərəfindən dərc olunan məqalə Tramp administrasiyasının Azərbaycana necə böyük önəm verdiyinin göstəricisidir. “ABŞ Azərbaycan-İsrail əlaqələrinin dərinləşməsindən necə faydalana bilər” başlıqlı məqalədə Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərin necə mühüm əhəmiyyət kəsb etdiyi xüsusi vurğulanır.

Bəs Nikol Paşinyan Amerikadan konkret hansı nəticə, yaxud təlimatla qayıdıb? Əsas məqsədinə çatdımı? Qayıtdıqdan sonra Bakı ilə ritorikası necə olacaq, yumşalacaq, yoxsa?

“Biz ABŞ üçün heç bir strateji maraq kəsb etmirik. İkincisi, orada diplomatiyamız yoxdur, peşəkar diplomatlarımız yoxdur, bunlar küçədən gələn insanlardır... Belə bir səfər aylar öncədən razılaşdırılmalı idi - kiminlə görüşdüyünüz, hara gedəcəyiniz və sair”.

Bunu erməni politoloq Artur Xaçikyan Paşinyanın ABŞ səfərini şərh edərkən deyib. Onun dediyinə görə, nə Tramp, nə də dövlət katibi Rubio Paşinyanla görüşə vaxt ayırmaq istəməyib: “Hakimiyyət diplomatiyanın nə olduğunu başa düşmür, bütün ümidlərini Baydenə bağladılar və yeni administrasiyada təsirsiz qaldılar. Baxın, biz Amerika ilə strateji müqavilə imzaladıq, amma bundan heç nə çıxmadı, liderimizlə belə görüşmədilərE Biz demokratiya istəyirik, Qərbi istəyirik, rusları istəmirik. Lakin rusları daim təhqir edən, Qarabağdan imtina edən, Rusiya ilə münasibətləri korlayan Ermənistanın lideri Trampla 15 dəqiqəlik görüşə belə layiq görülmədi”.

Kamran Bayramov

Milli Məclisin üzvü Kamran Bayramov “Yeni Müsavat”a bildirdi ki, Paşinyan ABŞ səfərində xəyal qırıqlığına uğradı: “Ermənistan hakimiyyəti gizlətməyə çalışsa da, Ağ Evin yeni sahibi Donald Trampın Cənubi Qafqazla bağlı yürüdəcəyi siyasətlə əlaqədar ciddi narahatlığının olduğu çoxdan məlum idi. Elə İrəvanın, səlahiyyətlərini təhvil verməsinə az qalmış Bayden administrasiyası ilə ”strateji əməkdaşlıq xartiyası" imzalaması faktı da bu narahatlığından irəli gəlirdi. Çünki İrəvan Vaşinqtondakı yeni komandanın Ermənistanla normal münasibətlərə maraq göstərəcəyinə əmin olsaydı, bu halda həmin “xartiya”nı Donald Tramp administrasiyası ilə imzalayardı. Bu gün Ermənistan hökuməti ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə yaxınlaşmaq üçün dəridən-qabıqdan çıxır. Ermənistanın baş naziri Nikol Paşinyanın sayca 5-ci Beynəlxalq Dini Etiqad Azadlığı Sammitində və Milli Namaz Səhər yeməyində iştirak etmək üçün Vaşinqtona işgüzar səfəri də bu qəbildəndir. Paşinyan dini tədbiri bəhanə edərək ABŞ prezidenti Donald Trampla görüşə can atsa da, istəyinə nail olmayıb".

Görünən odur ki, Tramp administrasiyası bölgədə gedən prosesləri diqqətlə izləyir. Gəldiyi qənaət isə bundan ibarətdir ki, regionda söz sahibi məhz Azərbaycandır.

Ermənistanın rəsmi təbliğat maşını Paşinyanın bu səfərini Ağ Evdəki yeni administrasiyanın dəstəyini qazanmağa hesablanmış addım kimi ictimai rəyə sırımağa çalışsa da, hayların müstəqil və müxalif mövqeli ekspertləri bunun belə olmadığını iddia edirlər. Bildirirlər ki, Paşinyan faktiki olaraq, ABŞ-a beynəlxalq dini konfransda iştirak etməkdən ötrü gedib. Amma məsələ ondadır ki, həmin sammit artıq 5-ci dəfədir keçirilir və bu günədək tədbirə, demək olar, heç bir ölkənin lideri qatılmayıb. Sammitlə bağlı o da xüsusi vurğulanır ki, 2019-cu ildə, Donald Trampın birinci prezidentliyi dövründə yaradılan bu format Çinə qarşı qurulub. Yəni hay ekspertləri bildirirlər ki, bu səfərin Ermənistana heç nə verməyəcəyi bir yana, əksinə, rəsmi İrəvan Çinin timsalında özünə daha bir düşmən qazanmış olacaq. Həm də dünyanın ən nəhəng düşmənini!

İrəvandakı Qafqaz İnstitutunun elmi işçisi Qrant Mikayelyan Paşinyanın Vaşinqtona səfərində ciddi perspektiv görmür. “İrəvanın Amerika hakimiyyətinin nümayəndələri ilə heç bir rəsmi görüş elan etmədiyini nəzərə alsaq, səfər adi diplomatik məntiqə uyğun gəlmir. Ümumiyyətlə, Trampın Cənubi Qafqazda nə edəcəyi, hansı strategiyalarla razılaşdığı və s. barədə heç bir anlayış yoxdur. Eyni zamanda, Paşinyan hökumətinə lazımdır ki, ABŞ rəhbəri heç olmasa sələfi Cozef Bayden Administrasiyasının üzərinə götürdüyü öhdəlikləri təsdiq etsin”.

Deputat diqqətə çatdırıb ki, indiyə qədər Trampın ilk qərarları Ermənistana narahatlıqdan başqa bir şey gətirməyib. Ağ Evin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini Amerikanın milli maraqlarına cavab vermədiyi üçün bağlandığını elan etməsi də hayları xəyal qırıqlığına uğradıb. Nəticə olaraq deyə bilərik ki, Paşinyanın Amerika səfərindəki uğursuzluqların əsas səbəbləri regiondakı geosiyasi vəziyyət, Ermənistanın daxili siyasi problemləri, ABŞ-in prioritetləri və iqtisadi amillərlə bağlıdır. ABŞ-in xarici siyasəti müxtəlif regionlarda fərqli prioritetlərə malikdir. Ermənistanın regiondakı rolu və strateji əhəmiyyəti ABŞ üçün ikinci dərəcəlidir. Bu səbəbdən Paşinyanın səfəri zamanı gözlənilən dəstək və ya əməkdaşlıq həyata keçmədi. Bütün göstərilən bu amillər bir-biri ilə əlaqəli olaraq səfərin uğursuzluğuna səbəb olub".

Sona Əliyeva

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva Tramp hakimiyyətinin Paşinyan hökuməti ilə işləmək meylinin olmadığını düşünür: “Nikol Paşinyan Vaşinqtona çatan kimi erməni lobbisi onun oraya getməsinə etiraz etdi. Hətta bir qrup diaspora fəalı onun siyasətini kəskin şəkildə tənqid edərək aksiya keçirdilər. Elə bu görüntülər Ermənistan baş nazirinin ABŞ-a səfərinin uğursuz keçəcəyinin işartısı idi. Daha sonra senatorlar və konqreslərlə əl sıxan Nikol Paşinyan prezident Trampla görüşmək üçün dəridən-qabıqdan çıxdı. Amma Birləşmiş Ştatların yeni prezidentinin Ermənistanın baş nazirinə ayırmağa vaxtı olmadığı aydınlaşdı. Heç dövlət katibi də Paşinyanla görüşməyə vaxt tapmadı.

Əslində bu, ABŞ-ın yeni siyasi xəttində Ermənistanın yerinin göstəricisi idi. Yəni Nikol Vovayeviçi ən yaxşı halda koliforniyalı ermənipərəst senatorlar qarşılaya bilərdi. Bu o deməkdir ki, Tramp hakimiyyəti ortalıqda qalmış, tez-tez qucaq dəyişməyə öyrəşmiş Nikol Paşinyanla işləməyə meylli deyil. Hətta yenicə imzalanan xartiya da Paşinyanın köməyinə çatmayacaq. Baxın, Tramp əvvəlki hakimiyyətin qəbul etdiyi qərarları dəyişir və yaxud ləğv edir. Düşünürəm ki, Paşinyanın ABŞ senator və konqresmenlərlə görüşündə sazişin təsdiqi, qüvvəyə minməsi və fəaliyyət mexanizmlərilə bağlı məsləhətləşmələr aparılıb. Bu o deməkdir ki, Ermənistan sadəcə, müəyyən zamanlarda siyasi alət kimi istifadə edib bir kənara atılacaq “maşa”dır. Bu, ABŞ-ın yüz illərdir dəyişməyən siyasətidir.

İlk günlərdən görünən odur ki, Tramp admisinistrasiyası Azərbaycanla işləməkdə maraqlıdır. Bu da Paşinyanı dalana dirəyən ikinci addımdır. Ermənistanın baş naziri düşünür ki, ABŞ-ın dəstəyi olmadan təkcə Fransanın fitnələrinə bel bağlamaq olmaz. Ona görə də Amerikadan qayıtdıqdan sonra Nikolun ilk işi sülh prosesini sürətləndirmək və Zəngəzur dəhlizinin açılması üçün “uyğun variant axtarmaq” olacaq. Bir sözlə, İrəvan yenə də Bakının diktəsi ilə danışıqlar prosesinin sürətli mərhələsinə qayıdacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 Fevral 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri