Icma.az
close
up
RU
Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Son günlər NATO ilə Rusiya arasında gərginlik daha da artıb. Alyansın hava məkanının pozulması fonunda Moskva sərt mövqe nümayiş etdirib. Belə ki, Prezident Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında çıxış edərək vəziyyətin daha da pisləşə biləcəyini bildirib və hərbi gücə diqqət çəkib. O qeyd edib ki,istənilən təhdidə sözlə deyil, hərbi güclə cavab verməyə hazırdır. Putin Qərbə etdiyi xəbərdarlıqla hansı real addımları nəzərdə tutur? Bu, sadəcə siyasi mesajdır, yoxsa Rusiya həqiqətən hərbi eskalasiyaya hazırlaşır?

Moderator.az-a danışan politoloq Çingiz  Şahbazi deyib ki,  NATO-nun hava sahəsinə dronlar vasitəsilə Rusiyanın daxil olmasından sonra, gərginlik səngimir. Onun sözlərinə görə, Moskva özünün sərt movqeyindən geri addım atmaq niyyətində deyil və prezident Putinin Təhlükəsizlik Şurasının iclasında etdiyi çıxışdan da belə məlum oldu ki, Putin ,Rusiyanın aqressivliyinin səbəbini Qərbin bir çox şərtlərə əməl etməmsi ilə əlaqələndirir:

 “Bir neçə aydan sonra ABŞ və Rusiya arasında imzalanan ,, NEW START,, müqaviləsinin müddəti bitəcək. Xatırladım ki,, NEW START,, müqaviləsi (Strateji Silahların Azaldılması Müqaviləsi)  ABŞ və Rusiya arasında 2010 cu ildə  imzalanmış nüvə silahlarına nəzarət üzrə beynəlxalq müqavilədir. Müqavilənin imzalanmasında əsas məqsəd, ən yeni hücum silahlarının və nüvə raketləri və başlıqlarının  məhdudlaşdırılmasıdır. Müqavilə o dövrün prezidentləri Barak Obama və Dmitri Medvedev arasında imzalanıb və 2026 ilin fevral ayında müddəti bitəcək. Rusiyanın, alyansın sərhədlərinə doğru pozuculuq əməllərinin arxasında heç şübhəsiz ki, bu istiqamətdə öhdəliklərin aradan qaldırılması nəticəsində yenidən müqavilələrin imzalanması ilə bağlı manipulya manevr imkanlarını genişləndirməyə çalışmasıdır. Çünki, ABŞ və Rusiya arasında müqavilənin şərtlərindən biri də verifikasiya mexanizmlərinin, yəni yoxlamalar , hesablamalar və məlumat mübadiləsi kimi şərtlərin qüvvədən düşməsi ilə bağlıdır. Bu mühüm sazişin önəmi Avropa ölkələri üçün təhlükəsiz baxımından çox əhəmiyyətli olub və nüvə  müharibəsi riskinin azalmasına kifayət qədər xidmət edib. Bu baxımdan rəsmi Moskva Ukrayna müharibəsi fonunda konkret olaraq bu kimi öhdəliklərdən imtina edir və NATO ölkələrinin sərhədlərinin toxunulmazlığını qəbul etmək istəmir . Rusiyanın bu addımı Avropa ölkələri arasında haqlı olaraq narahatlıq yaradıb və Rusiya bundan sonra nə edə bilər? -sualı haqqında düşünmək əvəzinə, hesab edirəm ki, Avropa özünün təhlükəsizlik tavanını mohkəmləndirməlidir”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:614
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Sentyabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri