Putin “General Armageddon”u müharibəyə cəlb etdi Qarşısına bu tapşırığı qoydu
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya Prezidenti Vladimir Putin “General Armageddon” ləqəbli Hava Kosmik Qüvvələrinin keçmiş baş komandanı Sergey Surovikini Ukrayna ilə müharibəyə cəlb edib.
Yeniavaz.com “The Telegraph” nəşrinə istinadla xəbər verir ki, Prezident Surovikin qarşısına Kiyevdəki mühüm körpüləri dağıtmaq və şəhəri iki hissəyə bölməklə Ukraynanın şimalındakı nəqliyyat və logistika sistemini tamamilə iflic etmək kimi öhdəliklər qoyub.
“Putin döyüş meydanında uğursuzluğa düçar olduqdan sonra həmişəki kimi, mülki əhalini qorxutmaq və şəhərləri dağıtmaq qərarına gəlib. O, çox kiçik ərazi qazancları qarşılığında ordusunun canlı qüvvəsini tükədərək olduqca ağır bədəl ödəyib. İtkiləri könüllü müqaviləli əsgərlərlə əvəz etmək getdikcə çətinləşsə də, genişmiqyaslı yeni səfərbərlik dalğası Kreml üçün ciddi siyasi risklər və daxili sabitliyin pozulması təhlükəsi yaradır. Bu səbəbdən, Rusiya diktatoru öz hakimiyyətini təhlükəyə atmamaq üçün səfərbərlikdən əvvəl cəbhədəki hərbi vəziyyəti kəskin şəkildə dəyişməyə məcburdur”, - nəşr yazır.
Bildirilib ki, Rusiyanın Suriyada sınaqdan keçirdiyi və “mülki əhaliyə zülm etməklə hökuməti təslim olmağa məcbur etməyi hədəfləyən amansız taktikası” hazırda Kiyevdə intensiv raket və dron hücumları ilə tətbiq olunur:
“Lakin ekspertlər mülki infrastrukturu hədəf alan bu qəddar metodun Suriyada olduğu kimi Ukraynada da uğursuzluğa düçar olacağını ehtimal edirlər”.
Bu mövzuda digər xəbərlər:“General Armageddon” qayıtdı: Putin “məhv etmək” əmri verdi
08 Oktyabr 2026 22:09
The Telegraph : Putin General Armageddon ləqəbli Surovikinə Kiyevdə bütün körpüləri dağıtmağı tapşırıb
08 Oktyabr 2026 14:20
Bibliyada Armageddon döyüşü üçün dəlil tapılıb..?
05 Aprel 2025 22:43
Böyük savaş yaxınlaşır? “Armageddon” və KONKRET
23 Mart 2026 18:48
Putin Poseydon u təqdim etdi
29 Oktyabr 2025 20:58
Baxış sayı:105
Bu xəbər 08 Oktyabr 2026 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















