The Telegraph : Putin General Armageddon ləqəbli Surovikinə Kiyevdə bütün körpüləri dağıtmağı tapşırıb
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Rusiya Prezidenti Vladimir Putin "General Armageddon" ləqəbli Hava Kosmik Qüvvələrinin keçmiş baş komandanı Sergey Surovikini yenidən Ukrayna ilə müharibəyə cəlb edib.
Bu barədə Britaniyanın "The Telegraph" nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Putin Kiyevdəki bütün körpüləri dağıtmaq əmri ilə general Surovikini geri çağırıb. Generala Kiyevi iki hissəyə bölmək tapşırılıb ki, bu da Ukraynanın bütün şimal hissəsini tamamilə iflic edəcək.
Qeyd edək ki, "Vagner"in rəhbəri Yevgeni Priqojinin 2023-cü ilin iyun ayında hərbi qiyamından sonra Surovikinin onunla əlbir olması və bu səbəbdən Ukrayna cəbhəsindən geri çağırıldığına dair məlumatlar yayılmışdı. Bir müddət əvvəl isə Telegram kanalları generalın Əlcəzairdə xidmət etdikdən sonra Moskvaya qayıtdığını və tezliklə yeni bir vəzifə alacağının gözlənildiyini yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 08 Oktyabr 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















