Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Putin geriyə dönüşü olmayan yolda: sonda özünü yeyəcək

Putin geriyə dönüşü olmayan yolda: sonda özünü yeyəcək

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Putinin imperiya ambisiyaları artıq uzun müddətdir ki, beynəlxalq siyasi müzakirələrin mərkəzindədir və bu ambisiyalardan geri çəkilmək niyyətində olduğuna dair heç bir real əlamət müşahidə olunmur. Rusiya Prezidenti açıq şəkildə SSRİ-nin bərpasını xülya adlandırsa da, mahiyyət etibarilə Rusiyanın bir imperiya kimi mövcudluğunu qorumaq və postsovet məkanında, eləcə də dünyanın müxtəlif regionlarında təsir imkanlarını saxlamaq siyasətindən imtina etmir.
Bu səbəbdən də Kreml imperiya maraqlarını artıq “SSRİ” adı altında deyil, birbaşa “Rusiya” brendi üzərindən formalaşdırmağa çalışır. Rəsmi Moskva bu mövqeyini gizlətmir, əksinə, açıq şəkildə bəyan edir və həm postsovet məkanında, həm Yaxın Şərqdə, həm də digər geosiyasi böhran ocaqlarında bunu praktik addımlarla nümayiş etdirir.

Bu kontekstdə Putinin və Kremlin, xüsusilə Rusiya-Ukrayna müharibəsində mövqeyini yumşaltdığına dair heç bir inandırıcı dəlil yoxdur. Davamlı sülhə dair səsləndirilən bəyanatlar real siyasi davranışla uzlaşmır və ciddi arqumentlərə söykənmir. Nəticə etibarilə Kremlin imperiya ambisiyaları həm regional, həm də qlobal təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmaqdadır.

Kreml ambisiyalarını kimlər və niyə stimullaşdırır?

Mövcud vəziyyətdə ən çox düşündürən sual budur: Kremlin bu imperiya maraqlarını necə cilovlamaq olar? Problemin mürəkkəbliyi ondadır ki, Moskvanın bu siyasətini dolayı yolla stimullaşdıran və ondan geosiyasi alət kimi istifadə edən qüvvələr də mövcuddur.
Xüsusilə çoxqütblü dünya nizamının formalaşmasında maraqlı olan güclər - başda Çin və İran olmaqla, BRİKS çərçivəsində birləşən bəzi ölkələr Rusiyaya Ukrayna müharibəsində dolayı dəstək verməklə prosesin uzanmasında maraqlıdırlar. Burada məqsəd Kremlin mütləq qələbəsi deyil, Qərbin mövcud hegemonluğunu zəiflətmək və çoxqütblü dünya modelini geriyədönməz prosesə çevirməkdir.

Ələlxüsus Çin üçün Rusiya-Qərb qarşıdurması Moskvanın tədricən zəiflədilməsi və Kreml üzərində strateji təsir imkanlarının artırılması baxımından əlverişli fürsət kimi dəyərləndirilir.

Avropa: ABŞ olmadan zəif halqa

Mövcud reallıq onu göstərir ki, Avropa ABŞ olmadan Rusiyanın qarşısında təkbaşına dayanmaq gücündə deyil. Uzun illər davam edən müdafiə sektorundakı tənəzzül, hərbi sənayenin zəifləməsi və siyasi iradə çatışmazlığı Avropanı faktiki olaraq “dişsiz” vəziyyətə salıb.
Avropanın effektiv yenidən silahlanması illər tələb edir. Avropa liderləri indiyədək Kremli real şəkildə cilovlaya biləcək vahid və sərt siyasi iradə nümayiş etdirə bilməyiblər. Bu isə Ukrayna müharibəsi fonunda təhlükəni daha da dərinləşdirir.

Qərbdə artıq Putinin imperiya ambisiyalarını əvvəlkindən daha ciddi qəbul etməyə başlayıblar. Avropada geniş yayılmış qənaətə görə, əgər Ukrayna süqut edərsə, növbəti mərhələdə Avropa özü hazırlıqsız yaxalanacağı ağır bir təhlükə ilə üzləşəcək.

ABŞ kəşfiyyatı nə deyir?

ABŞ kəşfiyyatının qiymətləndirmələri də bu narahatlıqları təsdiqləyir. Hesabatlarda Putinin təkcə Ukraynanın bir hissəsi ilə kifayətlənməyəcəyi, bütün Ukraynanı ələ keçirmək və bir vaxtlar SSRİ-yə daxil olmuş Avropanın bəzi bölgələrini yenidən Rusiyanın təsir dairəsinə qaytarmaq niyyətindən əl çəkmədiyi vurğulanır.

Bu xüsusda Avropada, xüsusən Polşa və Baltikyanı ölkələrdə təhlükə hissi daha güclüdür. Onlar özlərini Kremlin potensial növbəti hədəfi hesab edirlər.

Tramp planı və Avropanın narahatlığı

Məhz bu səbəbdən Avropa Tramp administrasiyasının Ukrayna ilə bağlı sülh planının indiki formada reallaşmasına mane olmağa çalışır. Avropa liderləri ABŞ-a çatdırmağa çalışırlar ki, Rusiyanın əsas hədəfi təkcə Ukrayna deyil, növbəti mərhələdə bütöv Avropa təhlükə altına düşə bilər.

Tramp administrasiyası da artıq bu risklərin fərqindədir. Əgər Ukrayna hazırkı şərtlərlə sülhə məcbur edilərsə, bu, orta və uzun müddətdə ABŞ üçün daha böyük təhlükəsizlik problemləri yarada bilər. Bu səbəbdən Trampın sülh planı üzərində yenidən işlənilir və Ukraynanın, eləcə də Avropanın təhlükəsizlik maraqlarını nəzərə alan mexanizmlərin əlavə olunması müzakirə edilir.

Putin geriyə dönüşü olmayan yolda…

Putin Rusiyanın tarixində “ən böyük hökmdarlardan biri” kimi qalmaq istəyində artıq geri dönüş nöqtəsini çoxdan keçib. Bu səbəbdən sanksiyaların qismən yumşaldılması və ya məhdud ərazi güzəştləri naminə imperiya ambisiyalarından imtina edəcəyi real görünmür.

Analitiki qiymətlərə görə davamlı sülh yalnız Putinə təzyiq elə bir həddə çatdırılmalıdır ki, o, Ukraynada məğlubiyyətdən və daxili siyasi-sosial çöküşdən real şəkildə qorxmağa başlasın.

Müharibə iqtisadiyyatı və Rusiyanın tükənməsi

Bununla yanaşı, Kreml özü də anlayır ki, proseslər onun istədiyi kimi getmir. Rusiya iqtisadiyyatının tam şəkildə müharibə modelinə keçirilməsi, resursların silahlanmaya yönəldilməsi ölkəni sürətlə daxili böhrana sürükləyir.

Tramp administrasiyasının “Reyqanomika” xəttinə yaxın yanaşması Moskvanı silahlanma yarışına cəlb etməklə iqtisadi cəhətdən tükətmək strategiyası SSRİ-nin süqutu dövründəki ssenarini xatırladır. Əgər Avropa Ukraynanın bir neçə il də müqavimət göstərməsinə dəstək verə bilsə və sanksiyaları daha da sərtləşdirsə, Putinin üzləşəcəyi problemlər qaçılmaz olacaq.

Rusiya artıq təkcə iqtisadi və hərbi-texniki baxımdan deyil, həm də insani resurs baxımından ciddi tükənmə mərhələsinə daxil olur. Gənc nəslin müharibədə məhv edilməsi ölkə üçün ağır demoqrafik nəticələr vəd edir. Kənardan cəlb edilən ucuz döyüşçü qüvvəsi isə müharibədə strateji dönüş yaratmaq gücündə deyil.

Yekun olaraq demək olar ki, imperiya ambisiyaları və işğalçılıq siyasətinin girovuna çevrilən Putin sonda bu siyasətin qurbanına çevrilə bilər. Tarix göstərir ki, reallıqları nəzərə almayan imperiya iddiaları gec-tez həm dövlətləri, həm də liderləri ağır böhranlarla üz-üzə qoyur.

Mürtəza Bünyadlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Dekabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see707

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see543

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see492

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see361

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see348

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see280

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see262

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see239

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see233

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see232

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see232

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see220

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see220

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see214

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see196

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see194

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see193

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see189

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see175

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri