Icma.az
close
up
RU
“Putin güclü liderlərdən qorxur” Zelenskidən cavab

“Putin güclü liderlərdən qorxur” Zelenskidən cavab

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin ukraynalı liderin yekun sülh sazişini imzalamaq hüququna malik olmadığını söyləyən bəyanatına cavab verib.
Yeniavaz.com xəbər verir ki, Zelenski sosial şəbəkə hesabında bu barədə məlumat yayıb.
“Bu gün Putin bir daha təsdiqlədi ki, danışıqlardan qorxur, güclü liderlərdən qorxur və müharibəni uzatmaq üçün hər şeyi edir. Onun atdığı hər addım və bütün kinli hiylələri müharibəni sonsuz etmək məqsədi daşıyır”, - Zelenski bildirib.
O qeyd edib ki, indi əsl sülhə nail olmaq üçün fürsət var, lakin Putin hər şeyi edir ki, ya ​​öldürməyə tam miqyasda davam etsin, ya da sonradan hibrid zərbələr endirməklə yeni tam miqyaslı işğal hazırlamaq üçün fasilə əldə etsin.
Zelenski dünya liderlərini Rusiyanı sülhə məcbur etməyə çağırıb:
“Dünya liderləri əvvəlki illərin və artıq səhnəni tərk etmiş liderlərin səhvlərini nəzərə almalıdırlar, yəni: Putin dünyanı məhv etmək üçün böyük gücə malikdir, lakin liderlərin real təzyiqlərinə qarşı dura bilməyəcək qədər kiçik və qorxaq bir ürəyə malikdir. Və buna görə də biz koordinasiyalı və qətiyyətli hərəkət etməliyik - sülhə inanmaq və onu güc yolu ilə yaxınlaşdırmaq üçün kifayət qədər cəsarətə malik olanların hamısı. Əgər Rusiya buna məcbur edilərsə, əsl sülh mümkündür”.
Xatırladaq ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin deyib ki, sülh danışıqları hər kəsl aparıla bilər, lakin “özünün qeyri-legitimliyinə görə” Volodimir Zelenskinin heç nəyi imzalamağa haqqı yoxdur:
“Əgər o, danışıqlarda iştirak etmək istəsə, mən bu danışıqları aparacaq şəxsləri təyin edəcəyəm”.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 29 Yanvar 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri