Putin gün ərzində Kiyevdə qərar qəbuletmə mərkəzlərinə zərbələrin endirilməsini istisna etməyib AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya kiçik hədəfləri hipersəs raketlə vurmağı mənasız hesab edir, bu, topla sərçələri vurmaq kimidir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Astanada keçirilən KTMT sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
Putin bir daha təsdiqləyib ki, Rusiya Kiyevdə qərar qəbuletmə mərkəzlərinə zərbələr endirmək üçün "Oreşnik"dən istifadə edə bilər.
Rusiya lideri bildirib ki,"Oreşnik"dən istifadənin sınaq aspekti bu silahı təkmilləşdirməyə yönəlib. Onun sözlərinə görə, "Oreşnik"in sınaqları “məsafə ilə döyüş hissəsi arasında oynamaq” cəhdləri ilə bağlıdır.
Putin qeyd edib ki, Ukraynada atılan “Oreşnik” raketində güclü dağıdıcı elementlər olub.
O, “Oreşnik” zərbəsini meteoritin düşməsi ilə müqayisə edib.
Putin Ukraynadakı qərar qəbuletmə mərkəzlərinə hücumlarla bağlı suala cavab olaraq “gün ərzində hər şeyin mümkün olduğunu” deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 28 Noyabr 2024 19:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















