Icma.az
close
up
RU
Putin hamı ilə oynayır ŞƏRH

Putin hamı ilə oynayır ŞƏRH

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Rusiyanın düşdüyü çətin durum, bəlkə də  onu sülhə sövq edə bilər


Rusiya Ukraynaya ikitərəfli, ardınca isə üçtərəfli görüş təklif edib. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. O, Putinlə istənilən formatda görüşə hazır olduğunu bildirib. Ukrayna lideri ilk görüşün necə keçəcəyindən asılı olaraq növbəti üçtərəfli görüşdə də iştirak edəcəyini bildirib. Zelenski deyib ki, təklif olunan ikitərəfli görüşün təfərrüatlarını bilmir. Fransa Prezidenti Emmanuel Makron Rusiya və Ukrayna liderlərinin görüş yeri kimi İsveçrəni təklif edib. Makronun sözlərinə görə, görüş Avropada neytral bir ölkədə keçirilməlidir.


Qeyd edək ki, Vaşinqtonda Ukrayna, ABŞ və Avropa liderlərinin görüşündən və Tramp-Putin telefon danışığında sonra Ukrayna və Rusiya liderlərinin görüşünün təşkili razılaşdırılıb. Almaniya Kansleri Fridrix Mertsin sözlərinə görə, görüşün yeri hələ müəyyən edilməyib. Merts görüşün yaxın iki həftə ərzində baş tuta biləcəyini bildirsə də, şübhələrini də açıqlayıb: "Putinin Zelenski ilə görüşəcəyinə şübhə edirəm. Rusiya prezidentinin belə bir sammitdə iştirak etməyə cəsarət edib-etməyəcəyini bilmirik. Ona görə də onu inandırmaq lazımdır". "Reyters" yazıb ki, görüş Macarıstanda baş tuta bilər. Nəşr bildirib ki, Putin əvvəlcə Zelenski ilə görüşə, ardınca ABŞ prezidentinin iştirakı ilə üçtərəfli sammitə razılıq verib. 


Politoloq Azər Qasımov Sherg.az-a deyib ki, üç ildən çox davam edən müharibənin tendensiyası onu deməyə əsas verir ki, qeyd edilən görüşün baş tutma ehtimalı yox dərəcəsindədir. Ekspert vurğulayıb ki, bunu şərtləndirən səbəblərdən biri Putinin Zelenskini özünə bərabər səviyyədə lider hesab etməməsidir:


"İstanbul görüşünə də Zelenski gələndə Moskva ora tarixçi-alim səviyyəsində Putinin köməkçisini göndərmişdi. Bunun özü Putinin Zelenskiyə verdiyi qiymətin nəticəsi idi. Putin özünü Trampla bir səviyyədə lider hesab edir. Tramp da Alyaskada onun ayağı altına qırmızı xalça sərməklə onun eqosunu daha da yüksəklərə qaldırdı. Təbii ki, bunlar subyektiv fikirlərdir. Real siyasətdə hər şey ola bilər. Hansısa liderin psixoloji portretini sona kimi təsvir edib, proqnozlar vermək mümkün deyil. Putini nə qədər işğalçı hesab etsək də, onun da yəqin ki, özünə görə doğruları var".


Siyasi şərhçinin sözlərinə görə, ikitərəfli görüşün baş tutmasını ilk növbədə təmənna etmək olar: 

"Çünki bu, qanlı müharibənin sonlandırılması üçün bir şans ola bilər. Əgər görüş baş tutarsa və ardınca üçtərəfli görüş olarsa, ciddi nəticələr hasil olma ehtimalı böyükdür. Çünki Putin bu görüşə hər hansı səbəbdən razı olacaqsa, deməli, özündə müəyyən nəticəyə hesablanmış fikirlər olacaq. Məntiqlə əvvəlcədən nəticəsiz olacağını bildiyi görüşə Putin getməz. Nəticə də Ukraynanın torpaq itirməsi anlamına gələcək. Şəxsi qənaətim budur ki, Putin hamı ilə oynayır. Görüşə getsə belə, Putinin planları böyükdür. Amma Rusiyanın düşdüyü çətin durum, hansı ki, Putin bunu daha yaxşı bilir, onu sülhə sövq edə bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Avqust 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see388

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see384

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see359

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see247

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see242

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see227

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see222

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see207

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see202

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see201

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see199

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see191

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see185

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see183

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see178

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see175

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see174

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see167

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri