Icma.az
close
up
RU
Putin heç vaxt sülh sazişi ilə razılaşmayacaq Volker

Putin heç vaxt sülh sazişi ilə razılaşmayacaq Volker

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Rusiya lideri Vladimir Putin heç vaxt sülh sazişi ilə razılaşmayacaq, ona görə də dünya Ukraynada atəşkəsdə israr etməyə davam etməlidir.

Bizimyol.info xəbər verir ki, bu fikri ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi, Avropa Siyasətinin Təhlili Mərkəzinin əməkdaşı Kurt Volker deyib.

“Mən hesab edirəm ki, biz atəşkəsdə israr etməyə davam etməliyik. Məncə bu, realdır. Və əgər biz ikinci dərəcəli sanksiyalar tətbiq etsək, neftin qiymətini aşağı salsaq, o zaman bu, Putinin maliyyəsinə təsir edəcək və o, atəşkəslə razılaşmaq məcburiyyətində qalacaq. Odur ki, biz bu məsələdə israr etməyə davam etməliyik. Putin heç vaxt sülh sazişi ilə razılaşmayacaq, çünki o, heç vaxt qane olmayacaq və həmişə daha çox şey əldə etmək istəyəcək”, - deyə o, “Qlavkom”a müsahibəsində vurğulayıb.

Volkerin fikrincə, sonda “atəşkəs və mühafizəyə” gəlmək mümkün olacaq. Ukrayna təhlükəsizlik zəmanəti alacaq və iqtisadiyyatını bərpa edəcək. Ölkə Avropadan da dəstək alacaq və Avropa Birliyinə üzvlüyə doğru irəliləyəcək.

“Vəzifə Ukraynanı ən qısa zamanda daha güclü və daha möhkəm etmək olacaq. Və biz Rusiyanın gələcək hücumunun qarşısını almaq üçün hər şeyi etməliyik. Amma mənim fikrimcə, bizdə heç vaxt Ukrayna və Rusiya arasında sülh sazişi olmayacaq”, - deyə Volker əlavə edib.

Eyni zamanda o vurğulayıb ki, Ukrayna ərazisinin heç bir hissəsinin Rusiya tərəfindən işğalını tanımamalıdır. “Mən hərbi yolla həll edilə bilməyən çox uzun bir qarşıdurma görürəm, lakin Rusiyanın işğalı da heç vaxt legitim kimi tanınmayacaq”, - deyə o bildirib.

Amerika Birləşmiş Ştatlarının prezidenti təkcə Rusiya Federasiyasının deyil, həm də Ukraynanın davranışından “çox məyus” olduğunu bildirib. Onun sözlərinə görə, ölkələr artıq razılığa gələ bilərdi.

Bu arada Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya gəlib. Səfər zamanı o, Ukraynanın gələcəyinin NATO ilə bağlı olacağını vurğulayıb. Eyni zamanda, nazir əlavə edib ki, iyunda Haaqada keçiriləcək NATO sammitinin mətnində Ukrayna məsələsinin necə əks olunacağı barədə hələlik heç nə deyə bilməz.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 İyun 2025 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri