Icma.az
close
up
RU
PUTİN HƏMVƏTƏNLƏRİMİZİN QANINI NECƏ BATIRIR? Sözünün bir qara qəpiyə dəymədiyi yenə təsdiqləndi

PUTİN HƏMVƏTƏNLƏRİMİZİN QANINI NECƏ BATIRIR? Sözünün bir qara qəpiyə dəymədiyi yenə təsdiqləndi

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Azərbaycanda Putini və Rusiyanı müdafiə edənlərin parlamentdə, mediada nə işi var?

Hələ AZAL təyyarəsi Rusiya ərazisində vurulduğu ilk günlərdə hazırkı Rusiya rəhbərliyinin nə qədər çirkin, riyakar, insanlıqdan uzaq bir mahiyyətə malik olduğu açıq şəkildə üzə çıxmışdı. İlk günlər bu cinayəti müxtəlif cür yozmağa və günahı gah quş sürüsünün, gah Ukrayna PUA-sının, gah da pilotların üzərinə atmağa çalışdılar. Yalnız Azərbaycanın prinsipial və rusların çoxu üçün gözlənilməz olan mövqeyindən sonra obyektivlik görüntüsü yartmaqla məşğul oldular.

Həmin vaxt Azərbaycan Prezidenti bəyan etdi ki, Bakı Moskvadan günahının etirafını, günahkarların cəzalandırılmasını və kompensasiya ödənilməsini tələb edir. Bu, olduqca sadə, rasional və birmənalı olaraq tam hüquqi yanaşma idi. Bu mövqe sonradan müxtəlif səviyyələrdə dəfələrlə təkrarlandı.

Bu cinayəti və öz yaramazlığını ört-basdır etməyin artıq mümkün olmadığını anlayandan sonra dünyada zatən sözünün bir tüpürcək qədər dəyəri olmayan Putin tərəfindən ala-yarımçıq üzrxahlıq mesajları verilməyə başladı. Lakin heç bir konkret addım atılmadı…

Son olaraq, uzun çək-çevirdən sonra oktyabrın 9-da Düşənbədəki məlum görüş zamanı Putin AZAL təyyarəsinin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu etiraf etdi: “Bizim borcumuz - bir daha təkrarlayıram, bunu lap əvvəldən razılaşdırmışdıq – baş verən hər şeyə obyektiv qiymət vermək və hadisənin əsl səbəbini açıqlamaqdır. Təbii ki, Rusiya bu cür faciəvi hallarda tələb olunan bütün addımları atacaq, zərərçəkənlərə kompensasiya veriləcək və bütün rəsmilərin hərəkətlərinə hüquqi qiymət veriləcək".

Yəni, söz verdi ki, günahkarlar cəzalandırılacaq və kompensasiya ödəniləcək.


Bundan bir müddət sonra Rusiya XİN sözçüsü Mariya Zaxarova brifinqdə dedi: “Biz bu faciə ilə bağlı qalan bütün məsələləri həll edəcəyik. Buna heç kimin şübhəsi olmamalıdır… Biz bu ilin oktyabrın 9-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində Rusiya və Azərbaycan liderləri arasında əldə olunmuş bütün razılaşmaları tam şəkildə yerinə yetirməyə sadiqik”.

Rusiyanın sözünün və “sadiqliyinin” bir qara qəpiyə dəymədiyi tezliklə bir daha təsdiqləndi. Bu günlərdə Rusya rəhbərliyindəki ən qatı millətçi, şovinist, baxışları ilə tanınan Rusiya İstintaq Komitəsinin başçısı Aleksandr Bastrıkin Bakıya AZAL təyyarəsi ilə bağlı cinayət işinə xitam verildiyinə dair məktub göndərib. Yəni, iş bağlanıb və heç kim cəzalandırılmayacaq….


Bu, real olaraq Azərbaycana qarşı daha bir açıq təzyiq vasitəsi, düşmənçilik addımıdır. Azərbaycan rəhbərliyindən itaət gözləyən Putin hakimiyyəti bunu görmədiyi üçün bu cür qanunsuz, beynəlxalq hüquqa, qonşuluğa, hətta adi əxlaq normalarına sığmayan çirkin addım atdı. Kompensasiya bir tərəfə, bu cinayəti ört-basdır etməklə, təyyarəmizi vuranları istintaqdan, məsuliyyətdən azad etməklə Putin faktiki olaraq, həmin təyyarədə həlak olan həmvətənlərimizin qanını batırır…

Bütün bunlardan - Azərbaycana, azərbaycanlılara qarşı pisliklərindən sonra Putini ölkəmizdə “böyük siyasətçi”, “nüfuzlu dünya lideri”, “cəsarətli ölkə başçısı” və s. kimi epitetlərlə süsləyənlər var. Özü də onlar mediada, televiziyalarda, hətta parlamentdədirlər.

Belələri açıq şəkildə Putin Rusiyasını müdafiə etməklə, onun işğalçılıq əməllərinə, dünyaya, qonşularına meydan oxumasına haqq qazandırmaqla dövlətçiliymizi təhdid edirlər. Azərbaycan dövləti, xalqı ən azından ya beynində, ya da qanında problem olan belələrini “yemləməli” deyil, onlara parlamentdə, televiziyalarda, siyasətdə yer verməli deyil. Əksinə, belələrinə əliheydər qarayevlərin yanındakı milli satqınlar üçün ayrılmış yerini göstərməlidir…

Rusiyanı ayı ilə müqayisə edənlər doğrudan da yanılmırlar. Çünki beynəlxalq münasibətlərdə, xüsusilə yaxın qonşuya qarşı bu cür davranış sivil dövlətə, ölkəyə yox, yalnız heç bir mənəvi, mədəni, əxlaqi dəyəri olmayan heyvana, özü də qudurmuş heyvana xas ola bilər…

C. Məmmədli

“AzPolitika.info” 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Dekabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see300

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see165

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see151

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see150

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see149

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see147

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see147

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri