Icma.az
close
up
RU
Putin hiyləgərlik edir, Trampa kələk gəlmək istəyir: ABŞ fantastik itkiləri olan Rusiyanı yenə xilas etsə… KONKRET

Putin hiyləgərlik edir, Trampa kələk gəlmək istəyir: ABŞ fantastik itkiləri olan Rusiyanı yenə xilas etsə… KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ağ Ev sahibi Donald Tramp və prezident Vladimir Putin arasındakı bu qarşıdurma yalnız iki liderin siyasi-psixoloji mübarizəsi deyil, həm də qlobal güc balansının formalaşması baxımından da böyük önəm daşıyır… Bu baxımdan, 8 avqusta qədər baş verəcək hadisələr həm Ukraynadakı hərbi əməliyyatların gələcək taleyini, həm də ABŞ-Rusiya münasibətlərinin yeni istiqamətlərini müəyyən edəcək…

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, ABŞ-Rusiya münasibətləri yeni gərginlik mərhələsinə keçib. Arxa planda isə Ukrayna müharibəsinin taleyi dayanır. Belə ki, ABŞ prezidenti Donald Tramp Rusiyaya savaşın dayandırılması ilə bağlı ultimatum verib. Kreml isə Ukrayna savaşının davam etdirilmısində israrlı davranmaqla yanaşı, ABŞ-a yalnız “hava atəşkəsi” ilə cavab verir. Və bu, prezident Donald Trampın tələbinə tam adekvat olmadığından ABŞ-Rusiya qarşıdurmasının daha da dərinləşmə ehtimalını artırır.

Onu da qeyd etmək lazımdır ki, ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinə verdiyi atəşkəs barədə ultimatumun müddəti avqustun 8-də başa çatır. Həmin tarix yaxınlaşdıqca, Ağ Ev və Kreml arasında siyasi-diplomatik və hərbi-psixoloji qarşıdurma yeni müstəviyə keçir. Və bu yeni müstəvi üzrə davam edəcək fərqli mərhələ indi hər iki qarşıduran tərəf üçün əsl siyasi-psixoloji sınaq hesab olunur.

Məsələ ondadır ki, Ağ Ev sahibi Donald Trampın 8 avqusta qədər “Vladimir Putin Ukraynada savaşı dayandırmasa, Rusiyanın “kölgə neft donanması”na və onun müştərilərinə qarşı yeni sanksiyalar tətbiq ediləcək” açıqlaması gündəmi silkələyərək, gərginliyi ən yüksək həddə çatdırıb. Rusiya tərəfi isə hələlik müxtəlif manipulyasiyalara üstünlük verir, Ukraynada “hava atəşkəsi” təklifini ortaya atıb. Ancaq arxa planda yalnız siyasi-diplomatik oyun deyil, həm də savaş meydanındakı mövcud situasiya dayanır. Və hər kəsə aydındır ki, Kremlin “hava atəşkəsi” Ukrayna tərəfindən ərazilərinə sarsıdıcı zərbələr endirilən Rusiyaya daha çox sərfəlidir.

Təbii ki, Ağ Evdə Ukrayna ərazisilərinin işğalını davam etdirən Rusiyanın “hava atəşkəsi” təklifi üzərindən reallaşdırmağa çalışdığı hiyləgər manipulyasiyaları və məkrli planların hədəflərini anlamamış deyillər. Ona görə də, prezident Donald Trampın Kremlə yeni üslubda nüvə mesajı verməsi əslində, qətiyyən gözlənilməz xarakter daşımır. Və bu, müəyyən mənada, Kremlin məkrli oyunlarını pozmağa yönəlmiş manevr sayılır.

Ona görə də, Rusiyaya verilmiş möhlətin sona çatacağı tarix ərəfəsində prezident Donald Trampın Ağ Evin damında gəzişərək, “nüvə raketləri üçün yer axtarıram” zarafatı sosial şəbəkələrdə geniş rezonans doğurub. Halbuki, siyasi müşahidəçilər Ağ Ev sahibinin bu zarafatının arxasında Rusiyaya qarşı ciddi xəbərdarlıq mesajının olduğuna qətiyyən şübhə etmirlər. Və ABŞ prezidenti Donald Tramp eyni zamanda, bununla həm daxili auditoriyaya, həm də beynəlxalq arenaya özünü qətiyyətli, prinsipial mövqeli lider kimi də göstərmək istəyir.

Maraqlıdır ki, Rusiyanın təklif etdiyi “güzəşt” Ağ Evdə elə bir ciddi emosiya doöurmayıb. Çünki Kremlin prezident Donald Trampın ultimatumuna qarşı “hava atəşkəsi” təklifi də məhz yalnız Rusiyanın maraqlarına uyğun şərtlərlə yüklənib. Yəni, məlumata görə, Rusiya yalnız PUA və raket hücumlarının dayandırılmasını nəzərdə tutan atəşkəs rejiminə razı ola bilər. Bu təklif ABŞ-a jest kimi təqdim olunsa da, şərt qoyulur ki, eyni öhdəliyi Ukrayna da öz üzərinə götürməlidir. Və belə anlaşılır ki, bir tərəfdən Rusiyanın raketləri tükənmək üzrədir, digər tərəfdən isə Ukraynanın zərbələri Kremli ağır duruma salır.

Ona görə də, bu təklifin arxasında Kremlin strateji hiyləgərliyi yatır. Rusiya hazırda cəbhədə irəlilədiyini düşünür və ümumi atəşkəsə razı olmaq niyyətində deyil. Kreml hesab edir ki, yaxın 2-3 ay ərzində Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərini tam ələ keçirə bilər. Yalnız bundan sonra danışıqlar masasına oturmaq Rusiya üçün sərfəli görünür. Və həmin müddətə qədər isə Kreml Rusiyanın dərinliklərinə Ukraynanın dağıdıcı zərblərindən məhz bu məkrli təklif sayəsində yayınmağa ümid bəsləyir.

Halbuki, yaxın 3-4 ay ərzində real atəşkəs olmayacağı təqdirdə, Rusiya üçün daha ağır dönəmin başlaya biləcəyi də artıq qətiyyən şübhə doğurmur. Belə ki, Böyük Britaniya kəşfiyyatının yaydığı son məlumatlar Ukrayna savaşının real nəticələrini ortaya qoyur. Həmin məlumatlara görə, 2025-ci ilin əvvəlindən bu yana Rusiya təxminən 260 min hərbçi itirdiib. Rusiyanın ümumi canlı qüvvə itkiləri isə artıq 1 milyon nəfəri keçib. Bu rəqəmlər, Rusiyanın Finlandiya ilə apardığı müharibədəki itkiləri belə, geridə qoyur.

Digər tərəfdən, Kremlin atəşkəsdən və sülhdən israrla yayınmasının əsas səbəbi kimi, Rusiya siyasi dairələrinin prezident Donald Trampın ultimatumunu ciddiyə almaması ilə izah olunur. Rusiya siyasi dairələrində belə qənaətlər var ki, prezident Donald Tramp əvvəllər də dəfələrlə sərt bəyanatlar verib. Ancaq Ağ Ev sahibi əksər hallarda onları ya icra etməyib və ya fikrini dəyişib. Ona görə də indi Kremldə prezident Donald Trampın ultimatumunun Rusiya üçün hansısa ciddi nəticələr doğuracağına hələlik o qədər də inanmırlar.

Ancaq bəzi məlumatlara görə, prezident Donald Trampın sanksiya planları təkcə Rusiyaya deyil, onun əsas neft alıcılarına – Çin və Hindistana qarşı da yönəlib. Əgər, 8 avqusta qədər atəşkəs razılığı alınmasa, Ağ Ev bu ölkələrə Rusiyadan neft idxal etdiklərinə görə əlavə tariflər tətbiq edəcək. Ancaq bu planın uğuru həmin ölkələrin reaksiyasından asılı olacaq. Çin və Hindistan ABŞ-ın təzyiqlərinə müqavimət göstərərsə, prezident Donald Trampın sanksiya siyasəti istənilən effekti verməyə bilər. Əks halda isə Kreml üçün böyük iqtisadi zərbə qaçılmaz olacaq.

Hələlik isə əksər Qərb ekspertləri hesab edirlər ki, “hava atəşkəsi” təklifi Rusiyaya vaxt qazandırmaq məqsədi daşıyır. Əgər, Ukraynanın əsas hücum vasitələri – PUA-lar və raketlər susdurularsa, Rusiya ordusunun quru hücumları ilə irəliləməsi asanlaşa bilər. Nəticədə bu, Kremlə danışıqlara daha güclü mövqedən qoşulmaq üçün geniş fürsətlər yaradır. Və bu baxımdan, əgər, ABŞ bu hiyləgər təklifi qəbul etsə, onda Ukraynanın əks-hücum imkanlarını ciddi şəkildə zəiflətmiş olacaq.

Ona görə də, Ağ Ev sahibi Donald Tramp və prezident Vladimir Putin arasındakı bu qarşıdurma yalnız iki liderin siyasi-psixoloji mübarizəsi deyil, həm də qlobal güc balansının formalaşması baxımından da böyük önəm daşıyır. Hər iki tərəf öz daxili auditoriyasına mesaj verməyə çalışır, ancaq nəticələr milyonlarla insanın taleyinə birbaşa təsir göstərə bilər. Bu baxımdan, cümə gününə qədər baş verəcək hadisələr həm Ukraynadakı hərbi əməliyyatların, həm də ABŞ-Rusiya münasibətlərinin yeni istiqamətlərini müəyyən edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Avqust 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see165

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see148

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see143

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see125

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see124

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see122

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see122

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri