“Putin hücum üçün Milad bayramını seçdi” Zelenski AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
“Bu gün Putin qəsdən hücum üçün Milad bayramını seçdi. Bundan qeyri-insani nə ola bilər? Ballistik raketlər də daxil olmaqla, 70-dən çox raket, o cümlədən yüzdən çox PUA. Hədəf bizim energetikadır. Onlar Ukraynada enerjini söndürmək üçün mübarizəni davam etdirir”.
“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
Zelenski qeyd edib ki, ilkin məlumatlara görə, Ukrayna tərəfi 50-dən çox raketi və pilotsuz təyyarələrin əhəmiyyətli hissəsini vura bilib. Buna baxmayaraq, bəzi dağıntılar var.
Zelenski vurğulayıb ki, hazırda Ukraynanın bir sıra regionlarında elektrik enerjisi kəsilir. Onun sözlərinə görə, energetiklər istehlakçıların elektrik enerjisi ilə təminatının tez bir zamanda bərpası üçün çalışırlar.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 25 Dekabr 2024 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















