Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Putin iki ərazi üçün razılıq aldı, mövqeyini dəyişdi Rusiya onu qurban verir

Putin iki ərazi üçün razılıq aldı, mövqeyini dəyişdi Rusiya onu qurban verir

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraanın Rusiyaya səfəri böyük maraqla qarşılandı. Şaraanın Prezident Vladimir Putinlə görüşü və liderlərin mətbuata açıqlamaları diqqət çəkdi.

Məlumata görə, Şaraa Xmeymim və Tartusda Rusiyanın hərbi bazalarının qalacağına söz verib. Suriya prezidenti həmçinin Putindən Bəşər Əsəd qüvvələrinin qalıqlarının yenidən silahlandırılmayacağına dair zəmanət istəyib.

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, Putinlə Şaraa arasındakı görüş tərəflərin çoxvektorlu münasibət quracağına işarə edir:

“Ötən ilin dekabrından Bəşər Əsədin devrilməsi ilə Rusiya Yaxın Şərqin Suriya cinahında ABŞ və Türkiyə qarşısında geosiyasi cəhətdən zəif duruma düşdü. Ancaq o, Suriya sahillərində Aralıq dənizindəki güc proyeksiyasına təsir edən hərbi bazalarının mövcudluğunu qoruyub saxlayır.

Digər yandan isə Moskva ilə Dəməşq bundan sonra hərbi, enerji və iqtisadi sahədə əməkdaşlığı prioritetləşdirirlər. Bu, Rusiyanın Suriyada itirdiyi nüfuzunu getdikcə bərpa etdiyinə dair təəssüratlar yaradır. Suriyanın kritik resurs çatışmazlığını həll etmək üçün Rusiyadan iqtisadi yardım almağa davam etməyə çalışması fonunda isə Kremlə əlavə fürsətlər yaranır.

Suriya hökuməti hazırda Rusiyadan başqa bir məqsədlə də istifadə etməyə çalışır. Bu, əsasən, Suriyada İsrailin təsirlərinin balanslaşdırılmasında Moskvanın rolundan yararlanmaq manevrinə əsaslanır”.

Analitik bildirib ki, Rusiya əsas səylərini Ukraynada başlatdığı müharibəyə yönləndirdiyindən onun Suriyadakı geosiyasi vəziyyətini necə idarə edəcəyi suallar yaradır:

“Üstəlik Rusiyanın İsrailə prosesdə təsir etmək imkanları məhdud görünməkdədir və hazırda Yaxın Şərqin geosiyasi arxitekturasının qurulmasında ABŞ daha çox fəallıq nümayiş etdirir.

Ancaq ehtimal ki, Rusiyanın Suriyada iqtisadi və enerji sahəsində təmsilçilik hüququ qazanması ABŞ üçün də sərfəli variantdır.


Aqşin Kərimov

Vaşinqtonun Moskvanın 2025-ci ilin mart ayından etibarən sanksiyalara məruz qalmış tankerlər vasitəsilə Suriyaya xam və emal olunmuş nefti tədarük etməsinə əhəmiyyətli maneə yaratmaması da bu fikri gücləndirir. İsrailin də Rusiyanın iştirak edəcəyi layihələri dəstəkləməsi mümkündür.

Güman ki, Rusiya İsrail, ABŞ və Türkiyə ilə Suriyada əməkdaşlıq çərçivələrini müəyyənləşdirir”.

A.Kərimovun sözlərinə görə, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd bu proseslərin gedişatında daha çox qurban veriləcəkmiş kimi görünür:

“Suriya rəsmiləri yəqin ki, hökumətin daxili və beynəlxalq legitimliyini gücləndirmək üçün Əsəd rejiminin qalıqlarına Rusiyanın dəstəyini dayandırmağa nail olacaqlar.

Bunun ardınca isə Rusiyada sığınacaq alan Bəşər Əsədin təhvil verilməsi üçün prosedurlar başlana bilər. Moskva Şaaradan əhəmiyyətli və həlledici güzəşt almağı bacararsa, Bəşər Əsədin Dəməşqə təslimi istisna edilməyəcək”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Oktyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see274

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see251

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see249

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see206

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see180

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see174

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see170

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see142

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see138

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri