Evliliklərinin 26 cı ilini Antarktidada qeyd etdilər Fotolar
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Hollivudun məşhur cütlüyü Ketrin Zeta-Cons və Maykl Duqlas evliliklərinin 26-cı ildönümünü qeyri-adi məkanda qeyd ediblər.
“Qafqazinfo” xəbər verir ki, onlar bu özəl gün münasibətilə Antarktidaya yollanıblar.
57 yaşlı aktrisa “Instagram” hesabında həyat yoldaşı ilə buzlaqlar fonunda ağ-qara fotolarını paylaşaraq yazıb: “Səni dünyanın sonuna qədər və geri dönənə qədər sevirəm! 26-cı evlilik ildönümümüz mübarək”.
82 yaşlı Maykl Duqlas isə öz növbəsində toy günlərindən arxiv foto paylaşaraq “Əla, artıq 26 il keçdi! Səni sevirəm, əzizim” sözlərini qeyd edib.
Xatırladaq ki, Ketrin Zeta-Cons və Maykl Duqlas 2000-ci ilin noyabrın 18-də Nyu-Yorkda ailə qurublar. Cütlüyün bu nikahdan Dilan Maykl Duqlas (2002) adlı oğlu və Keris Zita Duqlas (2003) adlı qızı var.








Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 19 Noyabr 2026 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















