Icma.az
close
up
RU
Putin İranı nəyə razı salmağa çalışıb? ABŞ və İsraillə gizli danışıqlara dair yeni iddialar

Putin İranı nəyə razı salmağa çalışıb? ABŞ və İsraillə gizli danışıqlara dair yeni iddialar

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Tramp və İran rəsmiləri ilə apardığı qapalı danışıqlarda Tehranın urandan tam imtina etməsini nəzərdə tutan yeni nüvə razılaşmasına dəstək verdiyini bildirib.

“AzPolitika” xəbər verir ki, bu barədə “Axios” nəşri Avropadan üç və İsraildən bir mənbəyə istinadla xəbər yayıb.

Məlumata görə, Rusiya tərəfi İrana təkidlə tövsiyə edib ki, uranın zənginləşdirilməsindən imtina etsin. Eyni mövqeni Moskva ABŞ, Fransa və İsrailə də çatdırıb. Razılaşma əldə olunacağı təqdirdə Kreml İranda mövcud yüksək zənginləşdirilmiş uranı ölkədən çıxarmağa hazır olduğunu bildirib.

Avropa rəsmisinin “Axios”-a dediyinə görə, “Putin sıfır zənginləşdirmə modelini dəstəkləyir və iranlılara bu istiqamətdə işləməyi tövsiyə edib ki, ABŞ-la danışıqlar daha uğurlu keçsin. Lakin İran nümayəndələri bu variantı nəzərdən keçirmək belə istəməyiblər”.

“Axios” qeyd edir ki, hərçənd Moskva rəsmi bəyanatlarda İrana zənginləşdirmə hüququnu tanıdığını bildirir.Ancaq İsrail-İran arasında 12 günlük müharibə zamanı Rusiyanın yalnız bəyanatlarla kifayətlənməsi Tehranı narazı qalıb.

İranın xarici işlər naziri Abbas Əraqçi şənbə günü diplomatlarla görüşdə bildirib ki, ölkəsinin nüvə proqramı ilə bağlı istənilən yeni razılaşma uranın dinc məqsədlərlə zənginləşdirilməsinə dair hüququnu təmin etməlidir.

“Biz İran xalqının nüvə sahəsində hüquqlarının, o cümlədən uran zənginləşdirmə hüququnun təmin olunmadığı heç bir razılaşmanı qəbul etməyəcəyik”, – deyə Əraqçi vurğulayıb.

Nazir həmçinin bildirib ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı davam etdirməyə hazırdır. Bununla belə, iyun ayında ABŞ və İsrailin hava zərbələrinə məruz qalmış nüvə obyektlərinə girişin təhlükəsizlik və radiasiya riski baxımından narahatlıq doğurduğunu deyib.

İran parlamentinin qəbul etdiyi yeni qanuna əsasən, MAQATE-nin İrandakı nüvə obyektlərinə gələcəkdə keçirəcəyi bütün yoxlamalar yalnız Milli Təhlükəsizlik üzrə Ali Şuranın təsdiqi ilə baş tuta bilər. Bu qurum ölkənin milli təhlükəsizlik siyasətini müəyyən edən əsas orqan sayılır.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 İyul 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see264

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see217

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see201

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see196

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see174

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see170

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see161

“Tədbirlər qarşılıqlı əlaqələri daha da gücləndirir”

13 Oktyabr 2025 19:08see151

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see149

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see141

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see134

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see133

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see132

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see129

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see128

44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri VIII HİSSƏ

13 Oktyabr 2025 12:46see125

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see124

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see124

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see124

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri