Icma.az
close
up
RU
Bu müsəlman ölkələri İranı satdı İsraillə gizli işbirliyinin inanılmaz səbəbi

Bu müsəlman ölkələri İranı satdı İsraillə gizli işbirliyinin inanılmaz səbəbi

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

İran–İsrail qarşıdurması fonunda diqqət çəkən əsas məqamlardan biri də FƏTH hərəkatının və Fələstin Administrasiyasının tutduğu mövqedir. Rəsmi Ramallahın son açıqlamaları faktiki olaraq İsrailin mövqeyi ilə paralellik təşkil edir. Bu isə regionda yeni siyasi reallığın formalaşdığını göstərir.

Müsəlman ölkələrinin əksəriyyəti də baş verənlərə ciddi və prinsipial reaksiya göstərmir. Məsələn, İordaniya mümkün qaçqın dalğasından ehtiyat edir, Misir isə məsələ ilə bağlı açıq mövqe bildirməkdən yayınır. Livan daxilində isə parçalanma var. “Hizbullah” İrandan hərbi yardım gözləyir, lakin Livan siyasi elitası İsraillə mümkün yaxınlaşma yollarını müzakirə edir.

Qüds Universitetinin professoru Eli Fuda bu paradoksal mənzərəni belə izah edir:

“Ərəb ölkələrinin bir çoxu İranın neytrallaşdırılması üçün gizli şəkildə İsrailə dəstək verir.”

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, Tehranın İslam dünyasında gözlənilən dəstəyi ala bilməməsinin bir neçə əsas səbəbi var:

Birincisi, İran uzun illər öz proksiləri vasitəsilə regionda sabitliyi pozub. Həşdi-Şabi İraqda, “Hizbullah” Livanda, “HƏMAS” Fələstində, Husilər Yəməndə Tehranın maraqlarını həyata keçirir. Hətta Azərbaycanda belə kəriməçi radikallar İran tərəfindən təlimatlandırılaraq daxili sabitliyi pozmağa çalışıblar. İran son dövrlər bəzi qonşu ölkələrlə münasibətləri normallaşdırmağa çalışsa da, müsəlman dünyasında ona qarşı ciddi etimadsızlıq formalaşıb.


Qabil Hüseynli

İkincisi, İran islam dünyasında məzhəbi baxımdan birləşdirici güc rolunu oynaya bilməyib. Regiondakı müsəlman ölkələrinin böyük əksəriyyəti sünni məzhəbinə mənsubdur, İran isə şiə mərkəzlidir. Məzhəblərarası gərginliklərin bir çoxunda İranın dolayısı və ya bilavasitə rolu olduğu düşünülür, bu da onun əleyhinə olan mövqeləri gücləndirir.

Üçüncüsü, bir çox müsəlman ölkə İsraillə birbaşa qarşıdurmaya getmək istəmir. İsrail əhalisinin sayı az olsa da, texnoloji və maliyyə imkanları baxımından regionun bir çox dövlətindən üstündür. Xüsusilə İsraillə sərhəddə yerləşən ölkələr belə bir münaqişənin tərəfi olmaqdan çəkinirlər. Elə Fələstinin özü də bu qarşıdurmada bütün varlığını risk altına atmaq istəmir və mövcud ərazilərini qorumağı prioritet sayır.

Mövcud vəziyyət göstərir ki, İran İslam dünyasında əvvəllər güvəndiyi siyasi və ideoloji dayaq nöqtələrini itirib. Regiondakı bir çox dövlətlər artıq “müsəlman həmrəyliyi” yox, praqmatik siyasi maraqlar və özlərinin milli təhlükəsizlik prioritetləri ilə hərəkət edirlər. Bu isə İranın qarşıdurmada daha da təcrid olunmuş aktora çevrildiyini sübut edir”.

Turan Rzayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 İyun 2025 08:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri