Icma.az
close
up
RU
Putin KTMT liderləri qarşısında öhdəlik qoydu: Biloji silah, miqrasiya, rus dilini öyrənmək…

Putin KTMT liderləri qarşısında öhdəlik qoydu: Biloji silah, miqrasiya, rus dilini öyrənmək…

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) təkcə müdafiə ittifaqı deyil. Bununla ölkələr miqrant problemlərini həll edəcək, tarixi və ənənəvi dəyərləri qoruyacaq”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Prezident Vladimir Putin Kremldə assosiasiyaya üzv ölkələrin parlament rəhbərləri ilə görüşündə deyib.

O bildirib ki, KTMT aşağıdakı sahələrdə fəaliyyətə təsir göstərəcək:

1. Müdafiə sənayesi

Kremldə hesab edirlər ki, burada artıq  daha dərinə getməyin vaxtıdır. Məsələn, silah və hərbi texnika üçün ümumi standartların hazırlanması mümkündür. Bundan başqa ölkələrin müdafiə müəssisələri bir-birinə kömək edə və qarşılıqlı əlaqədə ola bilər.

"İndiki çətin beynəlxalq vəziyyətdə KTMT ölkələrinin müdafiə sektorunda texnoloji liderliyini təmin etmək vacibdir", - Putin deyib.

2. “Sınaq borusu virusları” yoxdur

Söhbət, ABŞ-nin bir çox ölkədə olduğu deyilən bioloji laboratoriyalarından gedir. Bunlar Ukraynada aşkarlanıb, adi insanlar üzərində təcrübələr aparılıb.

“Siz və mən yaxşı bilirik ki, bəzi dövlətlər xarici dövlətlərin, o cümlədən bizim dövlətlərin ərazilərində hərbi-bioloji fəaliyyətlər həyata keçirirlər.  Şübhəsiz ki, bu laboratoriyalarda nə baş verdiyini başa düşməliyik: orada hər hansı təhlükə varmı, əgər belədirsə, onlar nədir və bu təhlükələrə necə qarşı çıxmaq olar?”, -deyə  Prezident vurğulayıb.

3. Qeyri-qanuni miqrasiya

Kremldə əmindirlər ki, KTMT ölkələrinin və Rusiyanın kəşfiyyat xidmətləri bu sahədə pozuntuları müəyyən etmək üçün əməkdaşlıq etməlidir. Ölkələrin özləri isə başqa ölkədə iş dalınca gedəcək şəxsləri elə hazırlamalıdırlar ki, xarici mədəniyyətə hörmət etsinlər və dil öyrənsinlər. Burada təbii ki, Keml daha çox rus dilinin öyrənilməsini nəzərdə tutur.

“Həm Rusiya, həm də tərəfdaşlarımız bunda maraqlıdır. Bizim assosiasiya çərçivəsində bir ölkədən digərinə köçən insanlar və yerli sakinlər özlərini sakit, inamlı hiss etsinlər. Gələnlər isə hara gəldiklərini başa düşəcək, yaşayıb işləməyi planlaşdırdıqları ölkənin dilini biləcək, sosial imkan və təminatlardan yararlanacaqlar”, - deyə dövlət başçısı vurğulayıb.

4. Ənənəvi dəyərlərin qorunması

Bəlli olub ki, KTMT insanları saxta, dağıdıcı məlumat və yalan dəyərlərdən qorumaq üçün informasiya təhlükəsizliyi üzərində fəal işləyir. Eyni zamanda, ölkələr anlayırlar ki, insanları rahat və tanış informasiya xidmətlərindən məhrum etməmək üçün özlərini qorumalıdırlar.

“Burada vətəndaşlarımızın təhlükəsizliyini və onların hüquqlarını, o cümlədən şəxsi yaşamaq hüququnu təmin etmək lazımdır ki, dövlət bu sahələrə, insanın, necə deyərlər, ailəsinə, evinə, əsassız müdaxilə etməsin”, - deyə dövlət başçısı vurğulayıb.

5. Tarixi qoruyub saxlamaq

Putin bildirib ki, faşizm üzərində qələbənin 80-ci ildönümü ərəfəsində nasizmi məğlub edən qəhrəmanların şücaətlərinə böhtan atmamaq xüsusilə vacibdir: 

“Bu bayramı ləyaqətlə qeyd edin. KTMT-yə üzv dövlətlər tarixi həqiqəti, nasizm üzərində qələbəmizin bahasına xatirəsini qorumaq üçün birgə fəal işləyirlər. Bildiyiniz kimi, Astana sammitində birgə səylərin davam etdirilməsi və 1945-ci ildə qazanılan qələbənin bütün bəşəriyyət üçün ümumi dəyər kimi dərk edilməsinin təşviqi barədə razılıq əldə olunub. Bununla əlaqədar  İkinci Dünya müharibəsi ilə bağlı tarixi həqiqətə yenidən baxmaq və təhrif etmək üçün xarici dağıdıcı cəhdlərə qarşı mübarizə ilə bağlı parlamentlərə iclasınızda təsdiq edilmiş tövsiyələr, o cümlədən qələmizin yubileyi münasibətilə bütün dünya ölkələrinin parlamentlərinə müraciət çox aktualdır”, - Putin bildirib.

Putin KTMT-yə daxil olan bütün ölkələrin liderlərini Moskvadakı Parada, müttəfiq ölkələrin hərbi ekipajlarını yürüşdə iştiraka dəvət edib.

Məlumat üçün bildirək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) Rusiyadan başqa Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Xəzər
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Dekabr 2024 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see237

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see226

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see166

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see157

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see150

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see146

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see137

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see134

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see124

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see124

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see124

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see121

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see121

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see121

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri