Putin: KTMT Qarabağda Ermənistanın tərəfində döyüşməməli idi
![](https://www.aznews.az/storage/2024/11/28/ad8352a3-0e99-3c21-89ca-2ee15b8f79de_850.jpg)
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qarabağda Ermənistanın tərəfində vuruşmamalı idi, çünki bu halda İrəvana qarşı xarici təcavüz olmamışdı.
Aznews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Astanada keçirilən mətbuat konfransında bildirib.
Onun fikrincə, Ermənistanın KTMT-yə hazırkı münasibəti daxili siyasi problemlər və Qarabağ mövzusu ilə bağlıdır. Eyni zamanda, Putin Ermənistanın KTMT-də tam formatda işə qayıdacağını istisna etməyib.
![see](https://icma.az/template/assets/see.png)