Putin MDB liderlərinin qəbul edəcəyi bəyanatı açıqladı
Sia Az saytına istinadən Icma.az xəbər verir.
“MDB ölkələrinin liderləri ümumi tarixin qorunmasının zəruriliyi ilə bağlı ayrıca bəyanat qəbul edəcəklər. Gənclər sovet dövründə birliyə daxil olan bütün xalqların nailiyyətləri haqqında həqiqəti bilməlidirlər”.
SİA xarici mətbuata xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin liderlərinin Türkmənistanda keçirilən məhdud tərkibdə görüşündə bildirib.
“MDB ölkələrinin ümumi tarixin qorunması və onun saxtalaşdırılmasına yol verilməməsi istiqamətində birgə səylərinin nə qədər əhəmiyyətli olduğunu qeyd etmişəm. Gənclər xalqlarımızın Sovet İttifaqı dövründə əldə etdiyi nailiyyətlər, atalarımızın və babalarımızın Böyük Vətən müharibəsi (İkinci Dünya müharibəsini nəzərdə tutur - red.) illərində göstərdikləri qəhrəmanlıqlar haqqında həqiqəti bilməlidirlər”, - o vurğulayıb.
Putin qeyd edib ki, bu gün liderlər tərəfindən “tarixi yaddaşın qorunmasının zəruriliyi ilə bağlı qəbul ediləcək ayrıca bəyanat” da bu məqsədə xidmət edəcək.
Ayşən Vəli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 09 Oktyabr 2026 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















