Putin miqrantlarla bağlı qanunu sərtləşdirdi Saxta arayışlara görə həbs olunacaqlar
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Prezidenti Vladimir Putin miqrantlar üçün qaydaları kəskin şəkildə sərtləşdirən yeni qanuna imza atıb.
Bizim.Media xəbər verir ki, yeni sənədə əsasən, Rusiyaya gələn xarici vətəndaşlar ölkəyə daxil olduqları gündən etibarən 30 təqvim günü ərzində məcburi tibbi müayinədən keçməlidirlər.
Qanunla həmçinin miqrasiya sahəsindəki qayda pozuntularına və saxtakarlıqlara görə həm inzibati, həm də cinayət məsuliyyəti əhəmiyyətli dərəcədə gücləndirilib. Təsdiq edilən digər mühüm qərarlar aşağıdakılardır:
Miqrantların tibbi müayinədən yayınmasına görə tətbiq olunan cərimələr artırılıb.
Ətrafdakılar üçün təhlükəli olan xəstəliklərin (o cümlədən İİV/QİÇS) mövcud olmadığına dair tibbi arayışları saxtalaşdıranlar, satanlar və ya bu cür saxta sənədlərdən istifadə edənlər üçün birbaşa cinayət məsuliyyəti müəyyən edilib.
Arayışı saxtalaşdırmağa və ya ondan istifadə etməyə görə 4 ilədək azadlıqdan məhrumetmə və 1 milyon rubladək cərimə tətbiq olunacaq.
Təhlükəli infeksion xəstəliklərin olmaması barədə saxta arayış hazırlayanları 5 ilədək həbs və 1,5 milyon rubladək cərimə gözləyir.
Əgər bu cinayət internet vasitəsilə, xidməti mövqedən istifadə etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya digər bir cinayəti gizlətmək məqsədilə törədilibsə, cəza 6 ilədək azadlıqdan məhrumetmə və 1 milyondan 2 milyon rubladək cərimə formasında tətbiq ediləcək.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 10 İyun 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















