Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Putin Modi görüşü: Rusiya Hindistan yaxınlaşması qlobal balansı yenidən formalaşdırır

Putin Modi görüşü: Rusiya Hindistan yaxınlaşması qlobal balansı yenidən formalaşdırır

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya Prezidenti Vladimir Putinin Hindistana səfəri həm iqtisadi, həm hərbi, həm də geosiyasi məntiqlə izah oluna biləcək çoxqatlı prosesdir. Moskvanın Dehli ilə əlaqələri gücləndirməsi ilk növbədə Hindistanın əhalisinin və bazarının böyüklüyü ilə bağlıdır.

Bir milyard yarımlıq nəhəng istehlakçı bazarı və dünyanın ən sürətli artan böyük iqtisadiyyatı olan Hindistan Rusiyanın ixrac potensialı üçün strateji əhəmiyyət daşıyır. Xüsusilə neft sahəsində bu əməkdaşlıq Moskva üçün həyati xarakterlidir: bir vaxtlar Hindistanın neft idxalında Rusiyanın payı cəmi bir neçə faiz idisə, son illərdə sanksiyalar nəticəsində yaranmış güzəştlər Dehlinin böyük həcmdə Rusiya nefti almasına gətirib çıxardı. Bu, Rusiyanın iqtisadi sabitliyi üçün mühüm mənbə idi, lakin Vaşinqtonun əlavə tariflər tətbiq etməsi Hindistanın alımlarını azaldıb və Moskvanın indi bu bazarı itirməmək üçün daha çox diplomatik səy göstərməsi təbiidir.

Rusiya üçün Hindistan həm də mühüm silah alıcısı olaraq önə çıxır. Sovet dövründən bəri formalaşmış bu asılılıq bu gün də davam edir: Dehli müxtəlif istehsalçıları cəlb etməyə çalışsa da, ordusunun əsas texniki bazası Rusiya silahlarına söykənir. S-400 sistemlərindən Su-30 təyyarələrinə qədər, Hindistanın müdafiə infrastrukturu Moskva ilə əməkdaşlığı tamamilə kəsməsinə imkan vermir. Rusiyanın komponent çatışmazlığı səbəbindən bəzi tədarüklərin gecikməsi isə Dehlinin narahatlığını artırır və Modi bu görüşdə bu məsələlər üzrə daha konkret təminatlar almağa çalışır.

Bu səfərin geosiyasi ölçüsü daha mürəkkəbdir. Rusiya Qərbin onu təcrid etməyə çalışdığını düşünür və Asiya dövlətləri ilə sıx əməkdaşlığı özünün tək olmadığını göstərən siyasi mesaj kimi istifadə edir. Hindistanın “strateji muxtariyyət” adlandırdığı xətt Moskva üçün xüsusi əhəmiyyət daşıyır. Dehli Qərblə yaxın münasibətlər saxlasa da, Rusiyanı tam itirmək istəmir və Ukrayna müharibəsi fonunda neytral mövqe sərgiləməkdə davam edir. Bu, Hindistana manevr imkanları yaradır, lakin Tramp administrasiyasının ticarət təzyiqləri fonunda balansı qorumaq Modi üçün daha çətinləşib. Rusiya ilə yaxınlaşma bu mərhələdə Dehli üçün həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından əlavə təminat rolunu oynayır.

Moskva üçün isə Hindistanla əlaqələrin möhkəmləndirilməsi həm iqtisadi diversifikasiya, həm də geosiyasi legitimlik anlamına gəlir. Qərb institutlarından kənarda yeni tərəfdaşlıq şəbəkəsi qurmaq Rusiya üçün prioritetdir və Hindistan bu yanaşmada ən mühüm həlqələrdən biridir. Buna baxmayaraq, Dehlinin əsas hədəflərindən biri ticarət strukturunu dəyişmək, Rusiya bazarına daha çox hind məhsullarının daxil olmasını təmin etməkdir. Hazırkı ticarət balansı açıq şəkildə Rusiyanın xeyrinədir və bu boşluğun aradan qaldırılması Modi üçün siyasi və iqtisadi əhəmiyyət daşıyır.

Bu səfər həm Rusiya, həm də Hindistan üçün qarşılıqlı ehtiyacların diktə etdiyi məntiqli addımdır. Moskva Hindistanın enerji və müdafiə bazarını itirmək istəmir, Dehli isə böyük güclər arasında balansı qorumağa çalışır. Hər iki tərəf bu yaxınlaşmanı “dostluq” kimi təqdim etsə də, əslində bu münasibətlər hər iki ölkənin özünəməxsus geosiyasi və iqtisadi hesablamalarının nəticəsidir və qarşıdakı dövrdə əlaqələrin dinamikası daha çox qlobal güc qarşıdurmasının hansı istiqamətdə inkişaf edəcəyindən asılı olacaq.

Züriyə Qarayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:234
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Dekabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see353

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see327

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see287

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see278

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see271

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see262

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see260

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see256

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see251

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see247

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see243

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see240

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see234

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see232

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see231

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see229

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see225

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see219

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see217

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri