Icma.az
close
up
RU
PUTİN MÜHARİBƏNİ İSTANBULDA BİTİRMƏYƏ QƏRAR VERDİ “Qələbəmizi bəyan edirik və...”

PUTİN MÜHARİBƏNİ İSTANBULDA BİTİRMƏYƏ QƏRAR VERDİ “Qələbəmizi bəyan edirik və...”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

“Türkiyə sülh üçün çox səy göstərdi, sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyi planlaşdırırıq"

Rusiya Prezidenti Vladimir Putin üçüncü dəfə Ukrayna müharibəsində atəşkəs elan etdiyini açıqlayıb. 

"AzPolitika" xəbər verir ki, çıxışında sabah prezident Rəcəb Tayyib Ərdoğanla görüş planlaşdırdıqlarını söyləyən Putin, "Türkiyə sülh üçün çox çalışdı. Biz mayın 15-i cümə axşamı günü İstanbulda birbaşa danışıqlara başlamağı təklif edirik" deyib.

"Rusiya tərəfi Ukraynaya birbaşa danışıqları mayın 15-də İstanbulda bərpa etməyi təklif edir" -deyə,  Rusiya Prezidenti Kremldə keçirdiyi mətbuat konfransında bildirib.

Putin nitqini bu cümlələrlə davam etdirib: "Kiyev mayın 5-də atəşkəsi pozmuşdu. Ukrayna ilə danışdıq. Biz başa düşürük ki, insanların diqqəti bu münaqişələrə yönəlib. Atəşkəslə bağlı çoxlu təkliflər var idi. Zaman-zaman bəzi hüquqlar da pozulub. Prezident Trampla yenidən danışıqlar aparılıb. Qələbəmizi bəyan edirik və 3-cü dəfə atəşkəs elan etdiyimizi bəyan edirik. Atəşkəs sazişində hücumları da nəzərə almışıq. Biz Rusiya ərazisinə edilən hücumlardan xəbərdarıq. Biz bəzi ehtiyat tədbirləri gördük və atəşkəs sazişləri bağlamağa çalışdıq. 2022-ci ildə də cəhd etdik, amma hər şeyə rəğmən danışıqları davam etdirdik".

Putin qeyd edib ki, sabah Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla fikir mübadiləsi aparacaq və ondan Ukrayna ilə danışıqlar üçün meydança təqdim etməyi xahiş edəcək.

 “Türkiyə sülh üçün çox səy göstərdi. Biz təklif edirik ki, mayın 15-i cümə axşamı İstanbulda görüşlər başlasın. Biz türkiyəli həmkarlarımızla da danışdıq. Biz də onlarla birlikdə prosesi təşkil etməyə çalışdıq. Görüşlərdə ümumi razılığa gəldik. Sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyi planlaşdırırıq. Çox yaxşıdır ki, bizə bu imkanı verdilər. Ukraynadakı vəziyyəti nizamlamaq istəyənlərin olması çox gözəldir..." -deyə, Putin qeyd edib. 

Putin daha sonra bildirib: "Rusiya ciddi danışıqlara hazırdır. Danışıqlar zamanı atəşkəs haqqında razılaşmanı istisna etmirik. Rusiyanın danışıqlar təklifi masadadır, qərar Kiyev və onun kuratorlarına aiddir. Rusiya ümid edir ki, gec-tez Avropa ölkələri ilə münasibətlərin bərpası başlayacaq".

Putin həmçinin bildirib ki, Rusiya Tramp administrasiyası da daxil olmaqla, Ukrayna ilə sülh yolu ilə nizamlanmanın əldə edilməsində göstərdikləri köməyə görə vasitəçilərə minnətdardır.

Rusiya dövlət başçısı eyni zamanda, sentyabrda Çinə səfər edəcəyini təsdiqləyib.

"AzPolitika.info" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 May 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see178

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see171

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri