Icma.az
close
up
RU
“Putin NATO su” İrəvanın səsini kəsir Gərginlik PİK həddə

“Putin NATO su” İrəvanın səsini kəsir Gərginlik PİK həddə

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsi məsələsinə təşkilatın 11 noyabrda keçiriləcək zirvə toplantısında baxıla bilər.

Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, bunu TASS-a Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Onun sözlərinə görə, KTMT Nizamnaməsi beynəlxalq müqavilədir və bütün tərəflər tərəfindən, o cümlədən hər bir üzv dövlətin KTMT orqanlarının fəaliyyətini maliyyələşdirmək öhdəliyi ilə vicdanla yerinə yetirilməlidir: "İrəvanın təşkilatın işində iştirak etməkdən imtina etməsi və illik büdcə qərarlarını imzalamaması sadəcə öz hüququnu həyata keçirməməsi deməkdir, lakin Ermənistanın milli töhfəsini vaxtında ödəmək öhdəliyini ləğv etmir".

Rusiya Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsində maraqlı görünür, yoxsa siyasi təzyiqdir?

Təhlükəsizlik eksperti İlham İsmayıl Musavat.com-a bildirib ki, Rusiya Ermənistana indi deyil, Paşinyan hakimiyyətə gəldiyi gündən təzyiq edir: “Rusiyanın təzyiqlərinin sərtliyi hər il artsa da, Kreml Ermənistanda hakimiyyət dəyişikliyinə nail ola bilməyib. Moskva 7 iyun seçkiləri ərəfəsində siyasi-iqtisadi basqılarını artırsa da, Paşinyanın partiyası qalib gəldi. Eyni zamanda, İrəvanın KTMT-dəki fəaliyyətini dondurması ilə bağlı mövqeyi də dəyişməz olaraq qalır. Ona görə də Ermənistanın blokda səsvermə hüququndan məhrum edilməsi hədəsi məntiqsizdir. Çünki təşkilatda fəaliyyətini donduran, tədbirlərini boykot edən ölkənin səsvermə haqqını əlindən almaq nəyi dəyişəcək? Ermənistan rəhbərliyi bu qərarı istehza ilə qarşılayır və heç bir münasibət bildirmir”.

Ekspertə görə, Rusiyanın həmçinin, Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında seçim etmək tələbinin də nə hüquqi, nə siyasi əsası var: “Ermənistanın Avropa Birliyinə rəsmi müraciəti olmadığı halda, niyə referendum keçirməlidir? Ümumiyyətlə, bu ölkəni birliyə üzvlük perspektiviən azı yaxın 10 ildə gözləmir. O baxımdan, həm KTMT, həm Aİİ ilə bağlı təzyiqlər Ermənistanda ciddi hadisələrə səbəb olmayacaq. Rusiyanın məqsədi erməni miqrantların ölkədən çıxarılması və bununla da İrəvanda kütləvi iğtişaşlara rəvac verilməsidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Avqust 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see765

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see504

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see298

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see286

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see273

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see268

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see267

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see265

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see248

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see237

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see225

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see223

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see222

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see220

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see216

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see216

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see215

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see206

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see198

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri