Putin neftin qiymətləri və Hörmüz boğazındakı risklər barədə danışıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Moskva, 9 mart, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Yaxın Şərqdə vəziyyət gərginləşməyə davam edərsə, Hörmüz boğazı vasitəsilə həyata keçirilən tədarüklərlə bağlı neft hasilatı yaxın bir ay ərzində tam dayana bilər.
AZƏRTAC xəbər verir ki, Rusiya lideri bu barədə qlobal neft və qaz bazarındakı vəziyyətə dair keçirilən müşavirədə danışıb. Onun sözlərinə görə, Rusiya dəfələrlə xəbərdarlıq edib ki, Yaxın Şərqdə vəziyyəti gərginləşdirmək cəhdləri qlobal yanacaq-energetika kompleksi üçün ciddi nəticələrə gətirib çıxaracaq.
Vladimir Putin qeyd edib ki, gərginlik fonunda dünya bazarında neftin qiyməti son bir həftədə təxminən 30 faiz artıb. Bununla yanaşı, onun sözlərinə görə, enerji daşıyıcılarının hazırkı yüksək qiymətləri müvəqqəti xarakter daşıyır və Rusiya bunu anlayır.
Rusiya Prezidenti, həmçinin vurğulayıb ki, Moskva siyasi konyunkturadan kənar, uzunmüddətli və sabit əməkdaşlıq şərti ilə Avropanın karbohidrogen alıcıları ilə işləməyə hazırdır. “Əgər Avropa şirkətləri və alıcıları istiqaməti dəyişərək bizimlə siyasi konyunkturadan kənar uzunmüddətli və dayanıqlı birgə işi təmin etməyə qərar versələr, buyursunlar. Biz heç vaxt bundan imtina etməmişik. Biz avropalılarla da işləməyə hazırıq”, – deyə Vladimir Putin söyləyib.
Rusiya dövlət başçısı əlavə edib ki, hökumətə qlobal enerji resursları bazarındakı vəziyyəti nəzarətdə saxlamaq tapşırılıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 10 Mart 2026 09:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















