Icma.az
close
up
RU
Putin niyə dəyişdi? Əvvəl və indi...

Putin niyə dəyişdi? Əvvəl və indi...

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

“Düşənbə görüşündə Əliyevin AZAL-ın təyyarəsinin vurulması ilə bağlı tələblərini qəbul edən Putinin bunu daha öncə etməməsi Zəngəzur dəhlizi ətrafında baş verən mübarizədən qaynaqlanırdı. Mübarizə Rusiyanın əleyhinə yekunlaşdı, hərçənd, Moskva hələ də iki manevr imkanının qaldığını düşünür”.

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə politoloq Asif Nərimanlı çıxış edib. O, bildirib ki, az ehtimal olsa da, Putin TRİPP layihəsinin praktiki müstəvidə icrasına qədər vəziyyəti dəyişmək ümidlidir:

“Ermənistan seçkilərində fors-major situasiyanın yarana biləcəyi, yaxud geosiyasi müstəvidə şərtlərin qəfil dəyişməsi (irreal görünsə də) imkanlarını dəyərləndirir və buna görə təzyiq xəttini “yaxşı polis” rolu ilə əvəzləyir; bu irreal situasiya gerçək olarsa belə, Bakı üçün Naxçıvana maneəsiz keçid imkanı dəyişməyəcək, dəyişən yalnız dəhlizdə iştirakçılar ola bilər; pizza hut

Digər tərəfdən TRİPP layihəsinə - ABŞ-ın Cənubi Qafqaza daxil olmasına, eləcə də Orta Dəhlizdə möhkəmlənmək istəklərinə loyal münasibəti geosiyasi “bazarlıq” kimi istifadə etmək istəyir;

Bu manevrlərin dəyərləndirilməsi fonunda Azərbaycanla münasibətlər Rusiya üçün məğlub olduğu prosesdən daha az zərərlə çıxmaq üçün əhəmiyyətlidir. Moskva Bakı ilə münasibətlərin bərpası üzərindən regionda güc balansının kəskin dəyişməsinə imkan verməmək və Şimal-Cənub nəqliyyat layihəsinin inkişafı ilə kommunikasiyaların açılışından kənarda qalmamağa çalışır.

Rusiyanı Azərbaycanın tələblərini indi qəbul etməyə vadar edən bu səbəblərlə yanaşı, rəsmi Bakının geri çəkilməməsi – Prezident İlham Əliyevin prinsipiallığı həlledici rol oynadı.

Belə demək mümkünsə, Putin Əliyevin “bükə bilmədiyi əlini sıxmaq məcburiyyətində qaldı”. Bu, həm də Moskvanın Bakının strateji gedişi qarşısında təslim olmasıdır: 44 günlük müharibədən sonra Rusiyadan Qərbə (ABŞ və Fransa) qarşı istifadən edən və istədiyinə nail olan Əliyev indi Zəngəzur dəhlizində Moskva qarşısında Vaşinqtondan istifadə etməklə hədəfinə çatır”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 10 Oktyabr 2025 08:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri