Icma.az
close
up
RU
Putin normal adam deyil

Putin normal adam deyil

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Kimin kim olduğunu, hansı xislətin yiyəsi olduğunu həssas, kritik məqamlarda daha dəqiq bilmək olur. Azərbaycan və Rusiya liderlərinin kəskin fərqi də məhz son günlərdə bir daha üzə çıxdı. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 24-də "AN-24" sərnişin təyyarəsinin Amur vilayətində qəzası və çoxsaylı insan tələfatı ilə bağlı Azərbaycan xalqı və şəxsən öz adından Rusiya lideri Vladimir Putinə dərin hüznlə başsağlığı verdi. Bu, bir insanlıq nümunəsi və əsl humanizm davranışı idi.
Lakin şovinizm hikkəsindən və neoimperiya təfəkküründən heç cürə qurtula bilməyən Vladimir Putin isə özünün ənənəvi "hibrid müharibə" taktikalarına sadiq qalaraq, bir gün sonra (iyulun 25-də) baş nazir Mixail Mişustinə Azərbaycanda doğulmuş, yəhudi əsilli tanınmış jurnalist Mixail Qusmanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini vəzifəsindən azad edilməsini tapşırdı. Putinin iradəsinə tabe olan M.Mişustin də dərhal bununla bağlı sərəncam imzaladı və beləliklə, 75 yaşlı görkəmli media adamı bir göz qırpımında Kreml üçün "arzuolunmaz şəxs"lərin siyahısına düşdü.
Bu hadisə bir daha onu göstərdi ki, Putin normal adam deyil. O, kin və qərəz hissini böyük siyasətə daşıyır. Kreml Azərbaycana qarşı yürütdüyü yanlış və ədalətsiz siyasətinə Mixail Qusman kimi, bütün şüurlu ömrünü Rusiyaya xidmətə həsr etmiş ləyaqətli şəxsləri də qurban verməkdən çəkinmir. Bu cür qisasçılıq hərəkətləri Rusiya kimi böyük bir dövlətin liderinin əslində nə qədər cılız və məkrli bir şəxs olduğunu göstərir.
Azərbaycanın tarixi şəhəri olan Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda iştirak etdiyinə və Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətlə bağlı səmimi, müsbət fikirlər səsləndirdiyinə görə M.Qusmanın həm Rusiyanın "Z blogerlər"i tərəfindən tənqid və təhqir olunması, həm də Rusiya rəhbərliyi tərəfindən işdən çıxarılması şimal qonşumuzdakı faşist (raşist) ovqatın və kəskin anti-Azərbaycan əhval-ruhiyyəsinin göstəricisidir.
Bəli, Kremlin və onun propaqandistlərinin, şovinist blogerlərinin Mixail Qusman kimi qocaman media veteranına qarşı belə iyrənc qisas və linç kampaniyasına rəvac verməsi, əslində, birbaşa Azərbaycana qarşı yönəlib. Azərbaycan Rusiyadan həm AZAL-ın təyyarəsinin vurulması, həm də Yekaterinburq hadisələri ilə bağlı məsuliyyəti üzərinə götürməsini və ədaləti təmin etməsini gözlədiyi halda, Kremlin bu cür idbar üsullarla Azərbaycanın gözləntilərinə zidd mövqe sərgiləməsi Xeyirlə Şərin antoqonizminə, qarşıdurmasına bənzəyir. Şər öz şərliyindən heç cürə əl çəkmək istəmir. Ancaq şəri dayandırmağın və onu əməllərinə layiq cəzalandırmağın üsulları çoxdur.
Azərbaycan istər təyyarə məsələsində, istərsə də digər məsələlərdə axıra qədər prinsipial mövqe sərgiləyəcək. Dövlətimizin başçısı da Xankəndi şəhərində keçirilən Qlobal Media Forumunda çıxışı zamanı bunun anonsunu verdi. Prezident İlham Əliyev AZAL-a məxsus təyyarənin Rusiya səmasında vurulması ilə bağlı sualı cavablandırarkən artıq beynəlxalq məhkəməyə müraciət üçün hazırlıqların getdiyini bildirdi. Bu da o deməkdir ki, Azərbaycan öz səhvlərini etiraf etmək istəməyən və qeyri-dost addımlarını davam etdirən Rusiyanı hüquqi yollarla dayandırmağı qərara alıb. Yəqin ki, Mixail Qusman da nə diqqətsiz, nədəki işsiz qalmayacaq. Azərbaycan bu cür dəyərli, əqidəli insanlara sahib çıxmağa hazırdır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 İyul 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see272

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see251

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see240

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see237

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see212

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see203

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see193

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see192

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see186

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see182

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see177

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see173

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see170

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see168

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see162

Millətlər Liqasında növbəti oyunlar: Polşadan darmadağın, Fransa və İtaliya heç heçə etdi

03 Oktyabr 2026 01:09see159

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see156

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see156

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see155

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri