“Putin ordusuna güvənsəydi, yeşikdaşıyanı məcbur müharibəyə göndərməzdi…” Aqşin Yenisey
Tribuna saytına istinadən Icma.az xəbər verir.
Putin tez-tez sağını-solunu 1945-ci ildə Berlinə girən Qızıl Orduyla hədələyir. Onun ordu dediyi şey, sadəcə, əyninə əsgər paltarı geyindirilib ölümə göndərilən sadə insanlar idi. Azərbaycanda elə bir nəsil yoxdur ki, II Dünya müharibəsindən geri qayıtmayanı olmasın. Bu adamların çoxu heç əsgərlik görməmişdilər. Yığıb aparıb tökürdülər nizami alman ordusunun qabağına.
Tribunainfo.az xəbər verir ki, bu fikirləri yazar Aqşin Yenisey səsləndirib. O bildirib ki, Putin ordusuna arxayın olsaydı, pomidorsatanı, kababçını, yeşikdaşıyanı məcbur müharibəyə aparmazdı:
“Bizim bir qohum var idi, Berlinə qədər getmişdi, hərf tanımırdı. Belə ordu olur?
Yəni o qələbə hərbi qəhrəmanların yox, sıravi qurbanların hesabına qazanılmışdı.
Putinin Qızıl Ordu dediyi şey 1968-ci ildə Praqada dinc insanların üstünə tank sürən ordudur. 1989-cu ildə Əfqanıstandan dabanına tüpürüb qaçan ordudur, 1990-cı ildə Bakıda əliyalın əhaliylə döyüşən ordudur.
Qızıl Ordu nə vaxt öz hərbi heyətiylə təkbətək müharibəyə girib və qələbə qazanıb?
Ordusuna arxayın olan pomidorsatanı, kababçını, yeşikdaşıyanı məcbur müharibəyə göndərər?”.
Gülşən Rəsul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 30 İyun 2025 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















