Icma.az
close
up
RU
Putin Qərbə gözləniləndən tez hücum edə bilər Bundestaq

Putin Qərbə gözləniləndən tez hücum edə bilər Bundestaq

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Rusiya Federasiyası Qərb ölkələrinin hazırlıqsızlığından istifadə edərək, onlara hərbi hücum etmək üçün 4-5 il gözləməyə bilər.

Bizimyol.info xəbər verir ki, bunu Berlində keçirilən konfransda Bundestaqın Xristian Demokratik İttifaqından olan deputatı, eyni zamanda Atlantik-Brücke (Alman-Amerika qarşılıqlı anlaşması və atlantizmi təşviq edən assosiasiya) rəhbərinin müavini Norbert Röttgen deyib.

Röttgen hesab edir ki, Moskva yeni təcavüzü daha tez - bəlkə də iki-üç il ərzində törədə bilər. “Kreml hökmdarı Putin Avropa ölkələrinin hələ də hərbi məqsədlərinə çatmamasından, Donald Trampın isə Amerika Birləşmiş Ştatlarında hakimiyyətdə olmasından istifadə edəcək. Biz həddindən artıq zamanın təzyiqi altındayıq və təcili olaraq müdafiə imkanlarımızı təkmilləşdirməliyik. Çünki vəziyyət rəsmi açıqlamaların göstərdiyindən daha tez pisləşə və daha təhlükəli ola bilər”, - deyə o qeyd edib.

Ukraynanın tammiqyaslı işğalı və Qərb ölkələrinə hibrid hücumlar avropalıları gələcəkdə Rusiyanın NATO ölkələrinə hücumu ehtimalını ciddi düşünməyə vadar edib. Hələlik təcili təhlükə müəyyən edilməsə də, kəşfiyyat və hərbi ekspertlər qarşıdakı illərdə potensial təcavüz ssenariləri barədə xəbərdarlıq edirlər.

Xüsusilə, Danimarka hərbi kəşfiyyatı hesab edir ki, Rusiya beş il ərzində Avropada genişmiqyaslı müharibəyə hazır ola bilər, xüsusən də NATO-nu zəifləmiş və ya parçalanmış ittifaq kimi qəbul edərsə.

Britaniya kral ailəsini evakuasiya etmək, kibertəhlükəsizliyi artırmaq və ictimaiyyəti məlumatlandırmaq üçün tədbirlər də daxil olmaqla müharibə planlarını yeniləyir.

Media Almaniya hökumətinin böyük bir müharibə zamanı müdafiəyə cəlb etmək üçün nəhəng Deutsche Bahn, Lufthansa və Rheinmetall şirkətləri ilə artıq danışıqlar apardığını bildirib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 May 2025 07:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri